Yırtıq və protruziya zamanı boyun ağrıları

Biz “yırtıq” və ya “protruziya” diaqnozundan qorxmuruq. Sizə ağrı və hərəkət məhdudluğundan əməliyyatsız, iynəsiz və dərmansız qurtulmağa kömək edəcəyik. Müalicəni xüsusi trenajordan istifadə vasitəsilə həyata keçiririk!

Onurğanın boyun şöbəsinin yırtıq və protruziyaları fəqərələrarası diskin onurğa kanalına sürüşməsi zamanı yaranır. Bu zaman protruziyalarda diskin kapsulu (fibroz halqa) bütöv qalır, yırtıqlar zamanı isə yırtılır. Xəstəliyin kineziterapiya metodu ilə müalicəsi xoşagəlməz ağırlaşmaların səbəbini aradan qaldırmağa və onların yaranmasına yol verməməyə imkan verir.

Onurğanın boyun şöbəsində protruziya və yırtıqların yaranmasına ən çox qamçı travmaları səbəb olur.  Bu, boynun önə hərəkəti, sonra isə önə kəskin təkan nəticəsində zədələnməsi zamanı baş verən travma növüdür.  Bu cür travmalar əsasən YNH (kəskin tormozlama), suya dalma, baş və bel üstünə yıxılma zamanı baş verir.

Boyun fəqərələrində yırtıq və protruziyaların yaranmasının ikinci geniş yayılmış səbəbi – onurğanın distrofiyası və ya trofikasının pozulmasıdır.  Bu cür dəyişikliklər işi ilə əlaqədar saatlarla kompüter qarşısında başı monitora doğru önə çıxmış vəziyyətdə oturmaq məcburiyyətində olan insanlarda müşahidə olunur.  Boyun əzələləri bu cür vəziyyətdə son dərəcə yüklənir və müəyyən məqamda artıq özləri boşala bilmir, bu,  sinirlərin və beyni qanla təchiz edən damarların sıxılmasına səbəb olur.

Xəstəliyin simptomları

Onurğanın boyun şöbəsinin protruziyası və yırtığı zamanı yaranan şikayətlər oxşardır:

  • boyunda ağrılar;
  • boyun hərəkətlərinin məhdudluğu;
  • baş ağrıları;
  • başgicəllənmələr;
  • qulaqda səs;
  • qol və çiyində uzaq ağrılar;

Onurğanın boyun şöbəsinin yırtıq və protruziyaları müalicə olunmazsa…

Onurğanın boyun şöbəsində protruziyanın müalicə edilməməsi əsasən distrofik dəyişikliklərin güclənməsi nəticəsində  dsikin fibro kapsulunun zədələnməsinə və yırtığın yaranmasına gətirib çıxarır.  Boyun fəqərələrinin yırtığı müalicə edilmədikdə isə problemlər daha da ağır ola bilər.

Belə ki, onurğanın boyun şöbəsində onurğa beyni daha qalındır və daha tez əzilir.  Onurğa beyninin güclü zədələnməsi mərkəzi sinir sisteminin zədələnməsinə gətirib çıxara bilər.  Bu cür zədələrin nəticəsində iflic yarana bilər, bu halda yeganə yardım – neyrocərrahiyə ola bilər.

“Simmetriya” mərkəzində yırtıq və protruziyaların diaqnostikası

Onurğanın boyun şöbəsində pozğunluqların diaqnostikası bir neçə mərhələdən ibarətdir:

  1. Sorğu-sual. Həkim şikayətləri, həyat anamnezini və pasiyentin xəstəliklərini öyrənir.
  2. Müayinə. Palpasiya (yumşaq toxumaların və oynaqların əl ilə yoxlanılması) və funksional testlərdən ibarətdir.
  3. Baş və boyun damarlarının USM-si (qan axınının və MSS-nin pozğunluqlarının əlamətləri mövcud olduqda).

Əsaslı diaqnostikadan sonra kineziterapevt diaqnoz qoyur və fərdi terapiya sxemini tərtib edir.

Onurğanın boyun şöbəsinin yırtıq və protruziyalarının “Simmetriya” mərkəzində müalicəsi

Müalicə sxemi “Simmetriya” trenajorunda məşğələlər planından ibarətdir. Biz onurğanın yırtıq və protruziyalarını yalnız effektiv məşğələlər yolu ilə müalicə edirik, cərrahi müdaxilələr həyata keçirmirik, dərman təyin etmirik.  Trenajorumuz erqonomikdir və çoxfunksiyalıdır, onurğanın istənilən problemləri zamanı kömək edir.

Onun köməyi ilə biz insan bədəninin istənilən əzələlərinə düzgün və fizioloji şəkildə, həddindən artıq yüklənməyə məruz qalmadan hərəkət etməyi öyrədə bilərik.  Onurğanın boyun şöbəsinin zədələnmələri zamanı işə çiyin aparatının əzələlərini cəlb edirik.  Boyun əzələləri isə heç bir yüklənməyə məruz qalmır, çünki bu, travma riskini daşıyır.

Çiyin əzələləri ilə iş həddindən artıq yüklənmiş əzələlərin üzərindən spazmı götürməyə və normal qan axınını və innervasiyanı bərpa etməyə kömək edir.  Pasiyent məşğələləri reabilitoloqun nəzarəti altında yerinə yetirir, müalicə edən həkim isə həftədə bir dəfə kontrol keçirir.  Beləliklə biz ilk məşğələlərdən ağrı hissini əhəmiyyətli dərəcədə azaldırıq.  Müalicə kursu başa çatdıqdan sonra şikayətlər aradan qalxır, boynun hərəkətliliyi isə bərpa olunur.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.