Yastıpəncəlik zamanı pəncə ağrıları

Yastıpəncəlik -pəncə formasının pozulmasıdır. Bu zaman onun eninə və uzununa hissələri enir və pəncə yastılaşır.  Bu cür forma ilə pəncə öz funksiyasını (yükün amortizasiyası) 100% həcmində yerinə yetirə bilmir və insan ağrı hiss etməyə başlayır.  Xəstəliyin “Simmetriya” mərkəzində müalicəsi pəncənin formal formasının formalaşdırılması və möhkəmləndirilməsindən ibarətdir.

Bu pozğunluq yalnız 10% hallarda anadangəlmə olur.  Bütün qalan hallar – müəyyən səbəblərdən qazanılmış yastıpəncəlikdir.  Bu səbəblər kifayət qədər banaldır, məsələn, keyfiyyətsiz, sıx və narahat ayaqqabı.  Bu cür ayaqqabıda pəncə məcburi vəziyyətdə qalır və bu səbəbdən onun əzələ-bağ aparatı yanlış işləyir, bu isə bütün bədəndə reaksiyaya səbəb olur.  Pəncənin yanlış hərəkəti baldır, omba əzələlərinin, diz, çanaq, onurğa oynaqlarının yanlış işinə səbəb olur.

Uşaqlarda pəncənin inkişafı düz səthdə daima ayaqqabı ilə yerimə zamanı zəifləyə bilər.  Uşaq yeriməyi öyrəndikdə ona ayaqqabı geyindirirlər və pəncənin düzgün inkişafı üçün şərait olmur. Təkamül prosesində insan pəncəsi çevik hərəkət etməyi, özünü saxlamaq üçün tutma hərəkətlərini yerinə yetirməyi öyrənmişdir.  Müasir uşaqlarda əzələ-bağ aparatının inkişafı üçün bu cür şərait yoxdur, bu səbəbdən biz pəncə əzələlərinin tam inkişaf etməməsi, bunun nəticəsində də yastıpəncəlik müşahidə edirik.

Xəstəliyin simptomları

Pəncə gündəlik yükü daşıyır.  Yastıpəncəlik zamanı aşağıdakı simptomlar müşahidə edilir:

  • pəncədə ağrılar (səhərlər hiss olunan səciyyəvi ağrılar);
  • hərəkətlərin məhdudluğu;
  • kiçik şiş;
  • axsaqlıq;
  • hərəkətlərin məhdudluğu.

Yastıpəncəlik müalicə olunmazsa…

Zəif inkişaf edən pəncə yükü saxlaya bilmir və travma alır bu isə gec və ya tez deformasiyaya, döyənəklərə, qabarlara gətirib çıxarır.  Deformasiyaya uğramış əncə üçün adi gündəlik yük son dərəcə ağır gəlir.  Tədricən yeriş pozulduğuna görə onurğada, çanaqda, dizlərdə oynaqların qığırdaq səthlərinin qidalanması pozulur, artroz, osteoxondroz, yırtıq inkişaf edir.

Müəyyən hallarda pəncə ağrılarından şikayətlər zamanı müalicə qismində böyük və uşaqlara ortopedik içlik təyin edilir.  Lakin bu səbəbdən pəncə daha da zəifləyir, çünki içlik səbəbindən pəncəyə düşən yük daha da azalır. İçlikdən uzun müddət istifadə etdikdən sonra içlikdən imtina etmək mümkün olmur.

“Simmetriya” mərkəzində yastıpəncəliyin diaqnostikası

Diaqnostika pasiyentin sorğu-sual edilməsindən başlayır.  Müayinə zamanı həkim yumşaq toxumaları əl ilə yoxlayır, ödəmin mövcudluğunu və gözə görünən deformasiyaları müəyyən edir.  Mütəxəssis həmçinin pəncənin hərəkətlilik dərəcəsini qiymətləndirmək üçün mütləq  sadə testlər keçirir.

Mərkəzimizdə pəncə pozğunluqlarının diaqnostikasının əsas metodu DIERS 4Dmotion® cihazının köməyi ilə optik topoqrafiyadır.  Bu metod videoanalizə əsaslanır və bu, onun əsas üstünlüklərindən biridir.  Çünki şüalanmaya səbəb olan standart diaqnostika metodlarından fərqli olaraq optik topoqrafiya istənilən qədər keçirilə bilər, biz ondan yalnız diaqnozun dəqiqləşdirilməsi üçün deyil, həmçinin müalicənin gedişatına nəzarət üçün istifadə edirik.

Yeni DIERS cihazı həkimlərimizə pəncənin bütün parametrlərini rahat vəziyyətdə və yeriş zamanı müayinə etməyə imkan verir.  Bu parametrlərin analizi pozğunluqların səbəbini dəqiq müəyyən etmək və müalicə proqramını hazırlamaq imkanını verir.

“Simmetriya” mərkəzində yastıpəncəliyin müalicəsi

Yastıpəncəliyin bizim mərkəzdə müalicəsi baldır və pəncə əzələlərini aktivləşdirən xüsusi məşğələlərin yerinə yetirilməsindən ibarətdir. Çoxfunksiyalı trenajorda iş sayəsində biz bütün səthlərdə işə əzələləri cəlb edirik.  Pəncə və baldır əzələlərinə faktiki olaraq yenidən hərəkət etməyi öyrədirik.  Məşğələlər əzələnin tonusunu tezliklə yüksəldir,ağrı və digər şikayətləri aradan qaldırır.

Bu halda pəncənin əzələ-bağ aparatının inkişafı insanın idman da daxil olmaqla istənilən növ hərəkətlər zamanı imkanlarını artırır, eləcə də hərəkət aparatının reaksiyasını yaxşılaşdırır.  Yəni insan yeriş zamanı daha aktiv olur, bu isə dayaq-hərəki aparatı stimullaşdırır və bütün bədənin oynaq və əzələlərinə müsbət təsir edir.

Müalicə zamanı reabilitoloq pasiyentlə fərdi işləyir.   Hər bir məşğələ təkbətək keçirilir, mütəxəssis pasiyentə düzgün hərəkət etməyə kömək edir, pəncəyə düşən yükə nəzarət edir.  Məşğələ təxminən 1 saat davam edir, lakin hətta 4 yaşdan böyük uşaqlar məmnuniyyətlə məşğul olur, çünki kiçik yaşlı pasiyentlər üçün uşağı darıxdırmayan xüsusi sxemlər hazırlanıb.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.