Travmalardan sonra pəncə ağrıları

Yüngül və ağır pəncə travmalarından sonra sizə yenidən yeriməyi öyrədəcəyik! “Simmetriya” mərkəzində müalicə kursundan sonra siz ağrıları, axsaqlığı və diskomfortu unudacaqsınız!

Pəncə travmalarına həm ev şəraitlərində, həm də demək olar ki, istənilən idman növü il məşğul olan zaman rast gəlinir. Zədənin pəncə və baldır sümüklərinin sınması, bağların dartılması və ya qırılması və ya sadəcə yumşaq toxumaların əzilməsi  olub-olmamasından asılı olmayaraq  ağrı hissi uzun müddət davam edir.  Bunun səbəbi yalnız travmanın özü deyil, çünki insan pəncəsi hər gün öz üzərində böyük yük daşıyır, bədənin bütün ağırlığını saxlayır və bütün bunları edərkən sıx ayaqqabının içində olur.  “Simmetriya” mərkəzinin həkimləri pəncə travmalarından sonra reabilitasiya keçirir.

Pəncə travmalarının simptomları

Pəncənin zədələnməsi zamanı aşağıdakı şikayətlər yaranır:

  • müxtəlif intensivlikli pəncə ağrıları (zədələnmədə asılı olaraq);
  • kiçik toxumaların şişkinliyi;
  • hərəkətlərin məhdudluğu;
  • pəncənin deformasiyası;
  • hərəkət zamanı sümüklərdə şaqqıltı;
  • dəridə hematomalar.

Bağların qırılması və ya sınıq zamanı pəncə ağrısı o qədər güclü olur ki, ayağı yerə basmaq mümkün olmur.

Pəncə travmaları müalicə olunmazsa…

Travmanın növündən asılı olaraq müalicə həm immobilizasiyadan (hərəkətsizliyin yaradılması), həm də cərrahi müalicədən ibarət ola bilər.  Bu cür müalicəni həkim-travmatoloqlar aparır.  “Simmetriya” mərkəzi travmalardan sonra bərpaedici müalicə ilə məşğul olur.

Kineziterapevtlərimizin fikrinə görə pəncə istənilən travmadan (sınıq, bağların dartılması və ya əzilmə) sonra reabilitasiya edilməlidir.  Çünki hər travmadan sonra orqanizm ağrı haqqında yadaşını qoruyur və xoşagəlməz hisslərə yol verməmək üçün yerişə dəyişikliklər edir.  Dəyişmiş yeriş stereotipi pəncənin, sonra isə diz, çanaq və onurğanın artıq yükə məruz qalmasına səbəb olur. Nəticədə oynaqlarda distrofik dəyişikliklər başlayır, osteoxondroz, onurğanın yırtıqları, artroz yaranır.

“Simmetriya” mərkəzində pəncə travmalarının diaqnostikası

Pəncə travmalarından sonra diaqnostika pasiyentin sorğu-sual edilməsindən başlayır. Həkim travmanın detallarını, keçirilən xəstəliyi və simptomların təfərrüatlarını müəyyən etməlidir.  Daha sonra kineziterapevt oynaqları müayinə edir, yumşaq toxumaları əl ilə yoxlayır, pəncənin hərəkətliliyinin analizi üçün testlər keçirir.

Mərkəzimizdə diaqnostikanın önəmli hissəsini DIERS 4Dmotion® cihazında keçirilən optik topoqrafiya təşkil edir.  Bu cihaz şüa yükü olmadan işləyir. Tədqiqat üçün videoanalizdən istifadə olunur.  Videoanalizin köməyi ilə mərkəzin həkimləri yeriş pozğunluqlarını qeydə alır, pəncənin qoyuluşunu analiz edir ki, fərdi müalicə planını tərtib etmək mümkün olsun.

“Simmetriya” mərkəzində pəncə travmalarının müalicəsi

Travmalardan sonra pəncənin “Simmetriya” mərkəzində bərpaedici müalicəsinin məqsədi – əzələ-bağ aparatının tam bərpasıdır.  Müalicə xüsusilə bizim mərkəzimiz üçün yaradılmış trenajorda xüsusi məşğələlər yolu həyata keçirilir.  Trenajor işə istənilən səthdə işə pəncə əzələlərini cəlb edir  və ona faktiki olaraq sıfırdan hərəkət etməyi öyrədir.  Bu zaman pəncə əzələləri bərpa olunur, tonusu bərpa olunur və möhkəmləndirilir.

Müalicə təcrübəli reabilitoloqla təkbətək keçirilir. Reabilitoloq məşğələlərin əzələləri artıq yükə məruz qoymadan və ağrısız yerinə yetirilməsinə nəzarət edir.  Ehmalca, hədsiz səy göstərmədən hərəkətlərin həcmi bərpa olunur, yeriş normallaşır, bütün dayaq-hərəki aparatın, yəni əzələlər, bağlar və oynaqların vəziyyəti yaxşılaşır. Ağrı hissi ilk bir neçə məşğələdən sonra keçir.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.