Skolioz

Uşağınıza narahat korsetlərdən uzun müddət istifadə etmədən və əməliyyata məruz qalmadan skoliozu dayandırmağa kömək edəcəyik! Yalnız trenajorda keçirilən fizioloji məşğələlər – bizim təsirli sirrimizdir!

Skolioz – uşaqlarda sümük sisteminin inkişafının sonunadək inkişaf edən və irəliləyən onurğa əyriliyidir. Skoliozun irəliləməsi nəticəsində onurğanın hərəkətliliyi pozulur, daxili orqanların işində pozğunluqlar yaranır. “Simmetriya” tibb mərkəzində xəstəliyin müalicəsi onurğanın çoxfunksiyalı trenajorda məşğələlər vasitəsilə sabitləşdirilməsinə yönəlmişdir.

İki növ skolioz mövcuddur. Birincisi onurğanın inkişaf anomaliyaları səbəbindən yaranır. Əsasını onurğanın forma və strukturunun pozulması (fəqərələrin yanlış formalaşması, əlavə fəqərələr, yarımfəqərələr, fəqərələrin deformasiyası və s.) təşkil edir.  Bu cür skolioz cərrah ortopedin müalicəsini tələb edir, çünki anadangəlmə anomaliyaları ən çox əməliyyat yolu ilə aradan qaldırmaq olur.

İkinci növə aid skoliozlar – idiopatik və ya funksional skolioz adlandırılır.  Təəssüf ki, onların səbəbi təbabətə hələ məlum deyil.  Bu növ skolioza oğlanlarla müqayisədə qızlarda daha çox rast gəlinir. Həmçinin bu cür uşaqlarda birləşdirici toxumanın formalaşmasının pozulması (displaziya) müşahidə edilir.  Bu, bədənin bütün oynaqlarında yüksək elastikliklə, uzun ətraflarda yüksək hərəkətliliklə müşayiət edilir.

Yan əyriliklərin bucaqlarından asılı olaraq skoliozun inkişafının dörd dərəcəsi mövcuddur:

  1. 10°-dən 20°-dək.
  2. 20°-dən 30°-dək.
  3. 30°-dən 40°-dək.
  4. 40°-dən yüksək.

Xəstəliyin simptomları

Skolioz uşaqlıqda formalaşır və ilkin mərhələlərdə adətən ağrıya və ya digər həyəcanverici simptomlara səbəb olmur.  Üçüncü dərəcəli skoliozdan başlayaraq qabırğalar əyilir, qabırğa donqarı formalaşmağa başlayır.  Dördüncü dərəcə aşkar qabırğa donqarının inkişafı ilə səciyyələndirilir.

Təəssüf ki, valideynlər uşağın onurğasındakı dəyişiklikləri skoliozun 3-cü və ya 4-cü mərhələlərində hiss edirlər.  Bu səbəbdən biz uşaqlarınızın adi diaqnostikasını ildə bir neçə dəfə, xüsusilə yaz (tədris ilinin sonunda) və payızda (günəş və D3 vitamini sayəsində sümük sisteminin aktiv inkişafının baş verdiyi yay fəslindən sonra) keçirməyi tövsiyə edirik Diaqnostika aşağıdakı testlərin keçirilməsindən ibarətdir:

  1. Uşaq düz dayanıb önə baxdıqda çiyinlərinin hündürlüyünü və kürəklərinin vəziyyətini qiymətləndirin. Çiyin və kürəklər bərabər yerləşməlidir.
  2. Ayaq üstdə vəziyyətində bel üçbucaqlarının simmetrikliyini qiymətləndirin – çanaq və ya bel əyrilikləri olmamalıdır.
  3. Uşaqdan önə əyilməyi xahiş edin – normada uşaq düz bel ilə əyilməli, döş qəfəsinin sol və sağ yarıları döşəməyə paralel olacaq, fırlanmayacaq (bir yarısı digər yarısından hündürdə olmayacaq).

Uşağın qamətində cüzi də olsa dəyişiklik hiss etsəniz “Simmetriya” mərkəzinin kineziterapevtinə müraciət edin, çünki diaqnoz nə qədər tez qoyularsa, müalicə də o qədər tez və effektiv olacaq.

Skolioz müalicə olunmazsa…

Birləşdirici toxumanın displaziyası olmayan uşaqlarda skolioz adətən 1 və ya 2-ci dərəcəyədək inkişaf edir və dayanır.  Hətta bu cür qamət pozğunluğu daxili orqanların vəziyyətinin dəyişməsinə və MBT-nın, tənəffüs və vegetativ sinir sistemlərinin işində pozğunluqlara səbəb olur.

Birləşdirici toxumanın formalaşması pozulmuş uşaqlarda bağlar yaxşı dartınır.  Adi insanlarda bağlar müəyyən mərhələdə onurğanın hərəkətini tormozlayırsa, displaziyası olan uşaqlarda hətta kiçik əzələ disfunksiyası zamanı fəqərələr daha da irəli hərəkət etməyə başlayır, bağlar isə onları saxlaya bilmir.  Onurğa güclü şəkildə əyrilməyı başlayır (3-cü və 4-cü dərəcəli skolioz), donqar şəklində güclü kosmetik qüsur yaranır bu isə uşağın özünə inamına təsir edir, xüsusilə də yeniyetməlik dönəmində.

Kosmetik qüsurdan əlavə daxili orqanların işində də dəyişikliklər baş verir.  Ağ ciyərlər normal açılmır, tənəffüs pozulur.  Bu səbəbdən uşaqda hətta gündəlik fiziki yüklənmələrə qarşı dayanıqlıq azalır, yüksək yorğunluq müşahidə edilir.  Daxili orqanlar da (böyrəklər, qara ciyər, mədə, bağırsaq) öz vəziyyətini əhəmiyyətli dərəcədə dəyişir və onların funksiyaları zəifləyir.

“Simmetriya” mərkəzində skoliozun diaqnostikası

Skoliozun diaqnostikası mərkəzin həkimləri tərəfindən baxış zamanı və əlavə tədqiqat metodlarının keçirilməsindən sonra keçirilir.  İlkin konsultasiya zamanı kineziterapevt onurğanı müayinə edir və xüsusi funksional testlər keçirir.

Bundan əlavə həkim yan əyriliyin müəyyən edilməsi üçün rentgen şəkillərini təhlil edir.  Lakin mərkəzimizdə əsas diaqnostika metodu onurğanın DIERS 4Dmotion® cihazının köməyi ilə optik topoqrafiyasıdır. Bu cihaz videoanaliz əsasında işləyir və yalnız yan əyrilikləri deyil, fəqərələrin rotasiyasını, çanağın əyriliyini, onurğanın ön və arxa əyilmə bucaqlarını ölçür.

“Simmetriya” mərkəzində skoliozun müalicəsi

Mərkəzin həkimləri istənilən dərəcəli skoliozu yalnız məşğələlərin vasitəsilə müalicə edir.  Biz nə masajdan, nə fizioterapevtik prosedurlardan istifadə etmirik, çünki bilirik ki, skolioz zamanı asanlıqla daha da çox zərər vermək mümkündür.  Məşğələlər xüsusi trenajorda keçirilir. Hər məşğələdə reabilitoloq uşaqla fərdi olaraq işləyir.

Skoliozun müalicəsi zamanı həkimlərin əsas vəzifəsi prosesin stabilizasiyasıdır.  Əzələ və oynaqlar üçün dozası dəqiq seçilmiş yükün köməyi ilə biz çanağın, sağrı, döş qəfəsi və onurğanın döş nahiyəsinin, sonra isə çiyin, boyun və başın vəziyyətini sabitləşdiririk.  Növbəti mərhələ ətrafların bərabərləşdirilməsidir, bundan sonra onurğanın əyrilikləri və funksional blokları düzəldilir.

Müalicə edən həkim hər həftə onurğaya baxış və optik topoqrafiya vasitəsilə dinamikaya nəzarət edir.  DIERS 4Dmotion®  cihazı şüalanma yükü daşımır, ondan tez-tez istifadə orqanizm üçün tam təhlükəsizdir.

Bu cür iş sayəsində həkimlər skoliozu sabitləşdirməklə yanaşı skoliozun 1-ci, 2-ci və 3-cü dərəcələrinin tam sağalmasına nail olurlar.  4-cü dərəcədə biz qabırğa donqarını azaldaraq uşağı ağrılı əməliyyatdan və ya narahat korsetlərdən uzunmüddətli istifadədən azad edirik. Müalicə qismində əməliyyat tövsiyə edilən hətta böyük insanlara bir alternativ təklif edirik, bu, onları normal həyata və fiziki aktivliyə uyğunlaşdırmağa kömək edir.

Artıq birinci kursdan (12 məşğələ) sonra yüngülləşmə başlayır! Planlaşdırılmış nəticəyə çatdıqdan sonra biz uşağın inkişafı prosesində dinamikanı izləyirik (3-6 aydan bir baxış keçirilir) və zəruri hallarda sümük sisteminin inkişafının sonunadək əlavə kurslar keçiririk.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.