Qoffa xəstəliyi zamanı diz ağrıları

“Qoffa xəstəliyi” diaqnozu və təklif edilən müalicə sizi qorxudur? “Simmetriya” mərkəzinə gəlin – komandanın birgə işi sizə probleminizi ağrılı inyeksiya və əməliyyatlara məruz qalmadan tezliklə həll etməyə kömək edəcək!

Qoffa xəstəliyi – diz oynağının piy hüceyrəsində baş verən iltihablı prosesdir. Qoffa cismi adlandırılan bu piy toxuması qaval və çanaq sümükləri, diz qapağı bağı ilə diz qapağı arasında yerləşir. Qoffa cisminin əsas funksiyası – oynaq hərəkətləri zamanı yükün amortizasiyası və təkrar yayılmasıdır. “Simmetriya” mərkəzində məşğələlər vasitəsilə həyata keçirilən unikal müalicə hazırlanmışdır.

Oynağın düzgün biomexanikası pozulduqda Qoffa adlandırılan piy cismi oma və qaval sümükləri arasında sıxılır.  Travmaya məruz qalması nəticəsində ödəm başlayır, bu isə onun daha da sıxılmasına gətirir.  İltihab prosesi başlayır.  Piy hüceyrələrinin sıxılmasına gətirən səbəb amili kimi travma və ya hədsiz fiziki yük göstərilə bilər.

Xəstəliyin simptomları

Qoffa piy cisminin kəskin iltihabı aşağıdakı simptomlara səbəb olur:

  • dizdə güclü ağrı;
  • kiçik şiş;
  • diz hərəkətlərinin məhdudluğu;
  • ayağın bükülmə və açılma arasında məcburi vəziyyəti (dördbaşlı oma əzələsinin son dərəcə yüklənməsi səbəbindən yaranır).

Qoffa xəstəliyi müalicə olunmazsa…

Ağırlaşmaların önlənməsi üçün Qoffa xəstəliyini müalicə etmək lazımdır.  İltihab prosesi dayandırılmazsa xroniki formaya keçir.  Bu isə oynaq toxumalarının normal qidalanmasının pozulmasına gətirib çıxaracaq. Şikayətlər artacaq, gecə ağrıları, dizdə cırıltı, hərəkətliliyin daha da mədudlaşması, oynağın funksional qeyri-sabitliyi yaranacaq.

Oynaqda distrofik dəyişikliklər səbəbindən zamanla sümük toxuması da dəyişməyə başlayır, sümüklərin oynaq səthləri birləşir, dizin funksiyası daha da pozulur.  Diz oynağında baş verən patoloji proses gec və ya tez onurğanın işində pozğunluqlara gətirib çıxarır.

“Simmetriya” mərkəzində Qoffa xəstəliyinin diaqnostikası

Klinikanın kineziterapevti Qoffa xəstəliyindən artıq sorğu-sual mərhələsində şübhələnə bilər.  Şikayətləri dəqiqləşdirdikdən sonra həkim yumşaq toxumalara baxış keçirir və oynaqda hərəkətlərin pozğunluq dərəcəsini anlamaq üçün pasiyentdən xüsusi testlər yerinə yetirməyi xahiş edir.  Mütəxəssis dəqiq diaqnozu maqnit-rezonans tomoqrafiyasından sonra qoya bilir. MRT Qoffa piy toxumasının sıxılmasını göstərir.  Diaqnozu qoyduqdan sonra həkim pasiyent üçün fərdi olaraq terapiya sxemini tərtib edəcək.

“Simmetriya” mərkəzində Qoffa xəstəliyinin müalicəsi

Mərkəzimizin mütəxəssisləri Qoffa xəstəliyinin unikal müalicə kompleksini haz;rlay;b.  Müalicə kineziterapiya, yəni çoxfunksiyalı trenajorda xüsusi məşğələlər vasitəsilə həyata keçirilir. Trenajorumuz insan fiziologiyasına əsaslanır və Qoffa piy qatının iltihabını hətta kəskin mərhələsində tezliklə müalicə etməyə kömək edir.

Bunun üçün biz işə oynağı dartan və beləliklə sıxılmanı cəmi bir neçə məşğələ ərzində aradan qaldıran düzgün əzələləri cəlb edirik.  Bu zaman iltihab azalır, ödəm tezliklə kiçilir və oynağın hərəkətliliyi bərpa olunur. Sıxılma aradan qaldırıldıqdan sonra biz reabilitasiya keçiririk, yəni əzələlərə Qoffa piy cisminin travmasının təkrarlanaması üçün yenidən hərəkət etməyi öyrədirik.

Hər məşğələdə pasiyent reabilitoloqla fərdi olaraq işləyir.  Mütəxəss trenajorda işləməyi öyrədir, məşğələlərin düzgün yerinə yetirilməsinə nəzarət edir. Hər üçüncü məşğələdən sonra müalicə edən həkim kontrol müayinə keçirir.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.