Qamətin pozulması zamanı bel ağrıları

Xüsusi trenajorun köməyi ilə sizi ağrısız, uzun müddət korset geyinmədən və hədsiz səy göstərmədən qamət problemlərindən azad edəcəyik!

Qamət – insanın hərəkət zamanı və statik vəziyyətdə təbii şaquli vəziyyətidir. Düzgün qamət zamanı biz başımızı və bədənimizi düz saxlayırıq, yerişimiz yüngül olur, yeriyərkən çiyinlərimizi endiririk, qarnımızı da içəri çəkirik. Normal halda onurğanın bədəni yüklənmə zamanı saxlayan, fəqərələrarası diskləri və bağları travmalardan qoruyan təbii əyrilikləri var.

Qamətin pozulması – onurğa sütununun bel ağrılarına və dayaq-hərəki aparatın funksiyalarının və daxili orqanların işinin pisləşməsinə gətirib çıxaran patoloji əyriliklərdir. Qamət pozğunluqlarının hamısı bu cür xoşagəlməz nəticələrə gətirmir.  Genetik anatomik xüsusiyyətlər (bel bükülməsi, dəyirmi formalı və ya yastı bel) də mövcuddur və bu cür hallarda müalicə tələb olunmur.

Qamət pozğunluqları anadəngəlmə və qazanılmış olur.  Bəs bel ağrısının səbəbi nədir? Ən əsas səbəb – qamətə görə cavab verən bel əzələlərinin kifayət qədər inkişaf etməməsidir.  Cavanlıqda bu əzələlər tonusda olur, yəni bədəni saxlamaq məqsədilə yığılmanı uzun müddət saxlaya bilir. Lakin yaş ötdükcə bel əzələlərini möhkəmləndirmədikdə onlar zəifləyir və qaməti düzgün saxlaya bilmir.  Nəticədə ağrı hiss olunur.

Qamətin pozulma simptomları

Önə çıxan boyun, bükük çiyinlər, qabarıq qarın – qamətin yalnız xarici əlamətləridir.  Tez və ya gec aşağıdakı şikayətlər yaranır:

  • beldə, döş qəfəsində, ətraflarda ağrı;
  • tez yorulma;
  • baş ağrıları, başgicəllənməsi;
  • zəiflik;
  • daxili orqanların funksiyalarının pozğunluqları;
  • görmə qabiliyyətinin zəifləməsi.

Bunun səbəbi zəif əzələlər üçün bədəni saxlamağın son dərəcə çətinləşməsidir.

Qamətin pozğunluğu müalicə olunmazsa…

Bel əzələlərini möhkəmləndirmədikdə problemlər daha da ağırlaşır.  Başlanğıc mərhələdə ağrı və xoşagəlməz simptomlar üfüqi vəziyyətdə istirahətdən sonra keçir.  Lakin vaxt keçdikcə bu da artıq kömək etmir. Əzələlərin hədsiz yüklənməsi onurğanın funksional bloklarının inkişafına, innervasiyanın pozulmasına, distrofik dəyişikliklərin (osteoxondrozun, protruziyaların, fəqərələrarası yırtıqların və s.) yaranmasına gətirib çıxarır.

Patologiyanın müalicəsi nə qədər tez başlayarsa xoşagəlməz nəticələri də o qədər asanlıqla və sürətlə aradan qaldırmaq mümkün olacaq.  “Simmetriya” mərkəzinin kineziterapevtləri sizə bunda yardımçı olacaq.  Həkimlərimiz məhz sizin əzələləriniz üçün müalicə və bərpa planını tərtib edəcək, fərdi xüsusiyyətlərinizi nəzərə alacaq və sağalmanıza nəzarət edəcək.

“Simmetriya” mərkəzində qamət pozğunluqlarının diaqnostikası

Qamət pozğunluqlarının diaqnostikası ilkin konsultasiya zamanı həyata keçirilir.  Aşağıdakı mərhələlərdən ibarətdir:

  • sorğu-sual və anamnezin toplanması;
  • müayinə, palpasiya;
  • funksional testlərin keçirilməsi;
  • onurğanın DIERS 4Dmotion® cihazında optik topoqrafiyası;
  • zəruri hallarda əlavəolaraq MRT nəticələrinin öyrənilməsi.

Onurğa pozğunluğunun növünü müəyyən etdikdən sonra həkim-kineziterapevt məhz sizin üçün müalicə sxemini tərtib edəcək.

“Simmetriya” mərkəzində qamət pozğunluqlarının müalicəsi

“Simmetriya” mərkəzində onurğa pozğunluqlarının düzəldilməsinə hərəkət vasitəsilə nail olunur.  Biz çoxfunksiyalı “Simmetriya” trenajorundan istifadə etməklə pasiyentlərimizə düzgün hərəkət etməyi, lazımi əzələləri işə salmağı, onurğanın strukturlarını möhkəmləndirməyi öyrədirik.

Müəllif trenajoru xüsusilə  yalnız müəyyən əzələləri işə salan zaman digərlərini yükləməmək üçün yaradılmışdır. Trenajorun konstruksiyası funksional blokları tədricən aradan qaldıran və həddindən artıq sıxılmış sinir və damarlara bərpa olunmaq imkanını verən fizioloji və düzgün hərəkətləri təmin edir.

Reabilitoloqla fərdi məşğələlərdən bir həftə sonra pasiyentlərimiz əhəmiyyətli rahatlama hiss edirlər.  Bütün müalicə kursu başa çatdıqdan sonra bel ağrısını unutmaq olar! Rəhbərlik edən həkim daima işdə iştirak edir, müayinə və optik topoqrafiya zamanı dəyişikliklərə nəzarət edir.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.