Osteoxondroz zamanı boyun ağrıları

Osteoxondrozu dərmansız və əməliyyatsız, yalnız xüsusi trenajorda fizioloji məşğələlər vasitəsilə müalicə edəcəyik!

Osteoxondroz – toxumaların qidalanmasının pozulmasına səbəb olan onurğa xəstəliyidir. Xəstəlik onurğanın istənilən şöbəsində inkişaf edə bilər. Onurğanın boyun şöbəsi – osteoxondrozun ən çox lokallaşdığı yerlərdən biridir, çünki nisbətən zəif əzələlər məhz burada yerləşir. Beləliklə, xəstəliyin hətta müalicəsi boyun əzələlərini həddindən artıq yükləmədən həyata keçirilir.

Onurğanın boyun şöbəsində qidalanmanın pozulmasının əsas səbəbi – başın bir qədər önə çıxması ilə kompüter qarşısında yerinə yetirilən oturaq iş, eləcə də emosiyalardır.  Boyun əzələləri həyəcan, qorxu, hirs, kədər və s. kimi emosiyalara ilk reaksiya göstərir.  Tez-tez yükləndikdə əzələlər bu yükü kompensasiya edə bilmir və bədənin qoruyucu vəziyyəti formalaşır ki, bu zaman da baş çiynin içinə çəkilmiş və önə çıxmış olur.

Əzələlər başı onlara xas olmayan vəziyyətdə uzun müddət saxladıqda boşala bilmir, bu zaman insanın nəfəsi səthiləşir.  Gərilmiş boyun əzələləri fəqərələri öz aralarında dartır, oynaqları və fəqərə disklərini əlavə olaraq yükləyir, bu isə strukturların qidalanmasına görə cavab verən damarları sıxır.  Qidalanmanın pozulması osteoxondrozun inkişafına səbəb olur.

Xəstəliyin simptomları

Bir çox hallarda onurğanın boyun şöbəsinin osteoxondrozu aşağıdakı şikayətlərə səbəb olur:

  • həm öz özünə, həm də başı çevirə və ya əyən zaman yaranan boyun ağrıları;
  • ənsədə, gözlərdə, çiyinlərdə, qollarda yaranan uzaq ağrılar;
  • boyun hərəkətlərinin məhdudluğu;
  • iti baş ağrıları;
  • başgicəllənmələr;
  • xroniki yorğunluq;
  • diqqət və yaddaşın pozulması.

Onurğanın boyun şöbəsinin osteoxondrozu müalicə olunmazsa…

Osteoxondroz öz-özünə keçmir.  Müalicə olunmazsa zamanla distrofik pozğunluqlar irəliləyir.  Spazmalı əzələlər yuxu və onurğa arteriyalarını, beynin qanla təchiz olunmasına və qan axınına görə cavabdeh damarlar olan boyunduruq venalarını daha da əzir.  Axının pozulması simptomların pizləşməsinə və yeni pozğunluqlara səbəb olur:

  • təngnəfəslik;
  • yüksək tərləmə;
  • hava çatışmazlığı hissi;
  • üz və boyunda qırmızı ləkələr;
  • tremor (ətraflarda titrəmə);
  • daima soyuq əllər;
  • solğunluq;
  • arterial təzyiqin dəyişiklikləri;
  • görmə və eşitmə qabiliyyətinin pisləşməsi;
  • ürək nahiyəsində ağrılar.

“Simmetriya” mərkəzində osteoxondrozun diaqnostikası

Osteoxondrozun diaqnostikası üçün həkim-kineziterapevt sorğu-sual edir, müayinə keçirir və əlavə tədqiqat metodlarından istifadə edir.  Sorğu-sual zamanı həkim şikayətləri, onların xarakterini, müddətini və intensivliyini qeydə alır, anamnez toplayır.  Daha sonra baxış keçirir. Baxış zamanı mütəxəssis yumşaq toxumaları əl ilə yoxlayır, oynaqların hərəkətliliyini müəyyən edir.

Funksional testlər önəmli diaqnostik mərhələ hesab edilir.  Həkim pasiyentdən çənəsi ilə döş qəfəsinə, qulağı ilə çiyninə, ənsəsi ilə belinə toxunmağı, çiyinlərini qaldırmadan başını  90° çevirməyi xahiş edir.  Bu cür test pozğunluqları təhlil etməyə və fərdi müalicə planını tərtib etməyə kömək edir.

Zəruri hallarda əlavə müayinə metodları olaraq mərkəzin həkimləri  MRT, rentgenoqrafiya, baş və boyun damarlarının USM-ni təyin edir.

“Simmetriya” mərkəzində osteoxondrozun müalicəsi

Onurğanın boyun şöbəsinin strukturlarında distrofik dəyişiklikləri xüsusi məşğələlər yolu ilə aradan qaldırmaq mümkündür.  Klinikamızda bu cür məşğələlər fərdi olaraq tərtib edilmiş sxemə əsasən reabilitoloqun nəzarəti altında yerinə yetirilir.  Bütün məşğələlər xüsusi “Simmetriya” trenajorunda keçirilir.  Trenajorda bütün məşğələlər fizioloji qaydada həyata keçirilir, oynaqlar artıq yük və təzyiqə məruz qalmır.

Bizim metodikamıza əsasən onurğanın boyun şöbəsinin osteoxondrozunun müalicəsi üçün məşğələlər boyun əzələləri cəlb edilmədən yerinə yetirilir.  Bu, travma, kəskinləşmə və ağırlaşma risklərini azaldır.  Biz çiyin vasitəsilə işləyirik, əzələlərin gərginliyi və spazmını aradan qaldırırıq, əzələlərin birləşmə sonluqlarını sabitləşdiririk.

Hər məşğələ reabilitoliq tərəfindən idarə olunur. Reabilitoloq pasiyentin ağrı və ya ağırlıq hiss etməsinə yol vermir.  Məşğələlərin ilk həftəsindən sonra ağrının intensivliyi əhəmiyyətli dərəcədə azalır, tam müalicə kursundan sonra isə bütün simptomlar aradan qalxır və onurğa strukturlarında hərəkətlərin yalnız düzgün biomexanikası qalır.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.