Onurğanın funksional blokları zamanı boyun ağrıları/h1>

Ağrı və hərəkət məhdudiyyəti hiss etmək narahatedici olmaqla yanaşı, həm də qorxuludur. Biz sizi həm ağrıdan, həm də qorxudan qurtaracayıq! Şikayətlərin səbəbini aradan qaldırıb sizə düzgün hərəkət etməyi öyrədəcəyik ki, problem təkrar olunmasın.

Onurğanın funksional bloklarına fəqərələrin hərəkətlərindəki məhdudiyyət işarə edir. Boyun ağrıları onurğanın boyun şöbəsində hərəkətliliyin pisləşməsi zamanı yaranır. Daha sonra bu, problemlərin daha da ağırlaşmasına, vegetativ sinir sistemində pozğunluqların yaranmasına səbəb olur. Xəstəliyin “Simmetriya” mərkəzində müalicəsi blokların kineziterapiyanın köməyi ilə aradan qaldırılmasından ibarətdir.

Onurğanın funksional bloklarının yaranma səbəbi zəif boyun əzələləridir.  Qısa və zəif əzələlər ağır başı saxlamalı, böyük həcmdə müxtəlif hərəkətlər etməli, eləcə də tənəffüs aktında iştirak etməlidir.  Bu qədər çox funksiyanı yerinə yetirmək üçün boyun əzələləri çox asanlıqla gərilir.  Boyun əzələlərinin həddindən artıq gərilməsinə həmçinin aşağıdakı amillər səbəb olur:

  • daima oturaq iş (kompüter qarşısında və s.);
  • emosional həyəcanlar (qəzəb, kədər, qorxu, həyəcan).

Tez-tez gərilən boyun əzələləri yükü kompensasiya etmək bacarığını itirir. Əzələlər gərilir, boşala bilmir və qoruyucu reaksiya olaraq müəyyən fəqərələrdə hərəkəti bloklayır.

Xəstəliyin simptomları

Onurğanın boyun şöbəsində funksional blokun əsas simptomları – ağrı və hərəkət məhdudluğudur.  Lakin sinir və damarlar zərər gördüyünə görə əlavə şikayətlər yaranır:

  • kiçik toxumaların ödəmi;
  • çiyində və qolda ağrı;
  • iti və güclü baş ağrıları;
  • başgicəllənmələr;
  • qulaqda səs;
  • daimi yorğunluq.

Funksional bloklar müalicə olunmazsa…

Boyun əzələləri həddindən artıq gərildikdə və digər əzələlər hərəkət etmək üçün onlara xas olmayan yükü üzərlərinə götürdükdə patoloji vəziyyət yaranır.   Tədricən oynaqlar yüklənir, damarlar və sinir lifləri əzilir, ağrıdan şikayətlər yaranır.  Bağların kompensasiyaedici şəkildə inkişafı baş verir, sinir və damarlar daha da əzilir, toxumalarda distrofik proseslər başlayır.

Gələcəkdə trofikanın pozğunluqları yırtıqların, protruziyaların, osteoxondrozun yaranmasına gətirir, daxili orqanların funksiyaları, vegetativ sinirlərin işi zəifləyir. Xüsusi məşğələlər vasitəsilə patoloji dairəni qırmaq, beynin və toxumaların normal qan təchizatını bərpa etmək mümkündür.  Kineziterapiya dərmanlar və əməliyyatlardan qurtulmağa kömək edəcək.

“Simmetriya” mərkəzində onurğanın funksional bloklarının diaqnostikası

Boyun ağrısından şikayətlər zamanı dəqiq diaqnozu müəyyən etmək üçün mərkəzin həkimi çoxmərhələli diaqnostika keçirəcək:

  1. Sorğu-sual – şikayətlərin, ağrıların lokalizasiyasının, intensivliyinin, xarakteri və müddətinin müəyyən edilməsi. Həmçinin həkim anamnezin xüsusiyyətlərini də dəqiqləşdirəcək.
  2. Baxış – palpasiya və toxumaların vəziyyətinin vizual qiymətləndirməsi.
  3. Funksional testlərin keçirilməsi zamanı həkim pasiyentdən sadə hərəkətləri yerinə yetirməyi xahiş edir, onların həcmini və məhdudluq dərəcəsini təhlil edir.
  4. Onurğanın DIERS 4Dmotion® cihazında optik topoqrafiyası (onurğanın seqmentlərinin vəziyyətinin qiymətləndirilməsi üçün).
  5. Beyin və boyun damarlarının dopleroqrafiyası ilə USM.

Diaqnostika nəticələrinin tam analizindən sonra həkim diaqnozu müəyyən edib pasiyent üçün fərdi müalicə planını tərtib edəcək.

“Simmetriya” mərkəzində onurğanın funksional bloklarının müalicəsi

Pasiyenti ağrılar və digər xoşagəlməz simptomlardan azad etmək üçün funksional blokları aradan qaldırmaq və əzələlərin normal işini bərpa etmək lazımdır.  Bunun üçün pasiyent həftədə üç dəfə “Simmetriya” trenajorunda xüsusi məşğələlərdə iştirak etməklə reabilitoloqla fərdi olaraq işləyir. Trenajorumuz işə istənilən əzələləri daxil etməyə kömək edir, bu trenajorda yerinə yetirilən hərəkətlər tam olaraq fiziolojidir və əzələləri artıq yükə məruz qoymur.

Boyun şöbəsindən funksional blokları aradan qaldırmaq üçün boyun əzələləri ilə işləmək olmaz, çünki onlar kifayət qədər zəifdir və həddindən artıq gərgindir.  Bu, travma və ağırlaşmaların yaranma riskini artıracaq.  Bu səbəbdən mərkəzimizin reabilitoloqları boyunla çiyin əzələsi vasitəsilə işləyir.  Çiyin əzələlərini aktivləşdirməklə biz boyun əzələlərinin gərginliyini götürürük və onlara  yenidən tədricən hərəkət etməyi öyrədirik.

İşin nəticəsində əzələlərin normal işi bərpa olunur, qan dövranı və innervasiya normallaşır, şikayətlər aradan qalxır.  Bundan əlavə problemin gələcəkdə təkrarlanmaması üçün insan düzgün hərəkət etmək qaydasını artıq başa düşür.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.