Onurğanın funksional blokları zamanı bel ağrıları

Belinizdə ağrı hiss etdiyinizə görə qorxu ilə hərəkət etməkdən yorulmusunuz? “Simmetriya” mərkəzinə gəlin və ağrını həmişəlik unudun.

Onurğanın funksional bloku – fəqərələr arasında hərəkətliyin pozulması və oynaqlarda oynaq səthlərinin sürüşməsini asanlaşdıran minimal hərəkətlərin olmamasıdır. Bu cür bloklar hərəkətlərin məhdudlaşmasına və ağrılara, vaxtında müalicə aparılmadıqda isə ağırlaşmalara gətirib çıxarır.

Onurğanın funksional bloklarının bir neçə əsas növü mövcuddur:

  1. Əzələlərin yanlış işi nəticəsində inkişaf edən funksional bloklar. Yaxın yerləşən fəqərələri bir-biri ilə bağlayan dərin bel əzələlərinə qeyri-adi yük onların öz işinin öhdəsindən gəlməsinə mane olur.
  2. Bağlayıcı aparatın pozğunluqları səbəbindən yaranan funksional bloklar. Səbəbi travmalar və ya əzələlərin patoloji şəkildə işləməsidir. Bu zaman qoruyucu mexanizm işə düşür – bağlar əzələləri bloklayır ki, əzələr qırılmasın.
  3. Oynaq pozğunluqları zamanı funksional bloklar. Hərəkət zamanı oynaqların yanlış işi səbəbindən bədənin elastikliyinə görə cavab verən faset oynaqlarında yaranır.
  4. Onurğanın sərt ilik qişasında pozğunluqlar səbəbindən inkişaf edən funksional bloklar. Qişanın əsas vəzifəsi – onurğa beyninin mühafizəsidir, bu səbəbdən travmalar və ya yüklənmələr zamanı oynaqlarda hərəkətlərin reflektor olaraq bloklanması baş verir.

Onurğanın funksional blokunun simptomları

Onurğanın funksional blokadasının əsas simptomu – bel ağrısıdır.  Ağrı əzələdə, bağda, oynaqlarda və ya qarışıq ola bilər.  Pasiyentlər yüklənmə zamanı artan müxtəlif intensivlikdə olan ağrılardan şikayət edirlər.  Ağrıdan başqa aşağıdakı şikayətlər yarana bilər:

  • uzaq ağrılar (ətraflarda, çiyinlərdə, kiçik çanaqda, ürəkdə, döş qəfəsi nahiyəsində və s.);
  • keyimə;
  • əzələ tonusunun azalması;
  • hərəkətlərin məhdudluğu;
  • kiçik toxumaların ödəmi.

Funksional bloklar müalicə olunmazsa…

Funksional bloklar aradan qaldırılmazsa problem zamanla daha da ağırlaşır, onurğa toxumalarında çətin bərpa olunan distrofik pozğunluqlar başlayır.  Bu zaman ağrının mövcud olduğu nahiyənin damar və sinirləri zərər görür, bu isə zamanla protruziyalara və fəqərələrarası disklərin yırtığına, osteoxondroza səbəb olur.  Gələcəkdə distrofik dəyişikliklər daxili orqanların işinin və orqanizmin sistemlərinin funksiyalarının zəifləməsinə səbəb olur.

Biz, onurğanın funksional blokunu aradan qaldıraraq və əzələlərin normal işini bərpa edərək patoloji prosesi tezlikdə dayandıra bilərik.  Bunun üçün “Simmetriya” mərkəzində həkim-kineziterapevtlərdən və reabilitoloqlardan ibarət mütəxəssislər komandası işləyir.  Son dərəcə dəqiq diaqnostika, həkim nəzarəti altında fərdi müalicə kursu kifayətdir ki, bel ağrısını unudasınız!

“Simmetriya” mərkəzində onurğanın funksional bloklarının diaqnostikası

Mərkəzimizdə diaqnostika proseduru bir neçə mərhələdən ibarətdir.  Konsultasiyanın əvvəlində həkim pasiyentə suallar verərək şikayət və simptomların ən kiçik detallarını müəyyən edir.  Bundan sonra zədələnmə zonalarının müayinəsi və palpasiyası (əl ilə yoxlanılması) keçirilir. Diaqnostikada önəmli yeri xüsusi funksional testlərin keçirilməsindən ibarət növbəti mərhələ tutur.  Həkim pasiyentdən müəyyən hərəkətləri yerinə yetirməyi xahiş edir və bu zaman ehtimal edilən funksional blok zonasını əl ilə yoxlayır.

Testlərdən sonra pasiyent onurğanın optik topoqrafiyasına göndərilir.  Optik topoqrafiya müasir DIERS 4Dmotion® cihazının köməyi ilə həyata keçirilir. Bu cihaz videoanaliz əsasında işləyən və onurğanın hər seqmentində pozğunluqları dəqiqliklə müayinə etməyə imkan verən cihazdır.  Müayinə tam zərərsizdir, biz onu hətta uşaqlar üçün də keçiririk! Sonda, zəruri olarsa, həkim əlavə müayinə (MRT) təyin edəcək.

“Simmetriya” mərkəzində onurğanın funksional bloklarının müalicəsi

Dəqiq diaqnozu müəyyən etdikdən sonra mərkəzin kineziterapevti pasiyentin müalicəsi üçün fərdi məşğələ sxemini tərtib edəcək.  Bu məşğələlər hər dəfə reabilitoloqun nəzarəti altında keçiriləcək.  Məşğələlər yanlış bədən hərəkətləri səbəbindən yaranan xəstəliklərin müalicəsi üçün mərkəzin mütəxəssisləri tərəfindən xüsusilə hazırlanmış  “Simmetriya” trenajorunda yerinə yetirilir.

Məşğələlər tam fiziolojidir, oynaqları hədsiz yüklənməyə və təzyiqə məruz qoymur. Metodumuzun üstünlüyü ondan ibarətdir ki, manual terapiya ilə müqayisədə ağrı nöqtəsinə deyil, onurğanın ətraflarla birləşdiyi əzələlərə təsir göstərir.  Biz sıxılmış əzələləri boşaldırıq, onlara sıfırdan düzgün hərəkət etməyi, bədənin normal qamətini qorumağa və hərəkətlərin tam həcmini yerinə yetirməyi öyrədirik.

Bu cür müalicə manual terapiya zamanı olduğu kimi travma riskini minimuma endirir. Bel ağrısının səbəbini aradan qaldırmaqdan başqa məşğələlər əzələ və bağları möhkəmləndirir, normal qan dövranının bərpasını və zədələnmiş seqmentdə innervasiyanı stimullaşdırır. Artıq ilk məşğələlərdən sonra ağrıların azaldığı hiss olunur, müalicə kursu başa çatdıqdan sonra isə pasiyentlərimiz özlərini heç vaxt olmadıqları qədər sağlam və enerjili hiss edir.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.