Onurğanın boyun şöbələrinin qeyri-sabitliyi zamanı boyun ağrıları

Boynunuzda ağrı hiss edirsiniz? Başınızı çevirə bilmirsiniz? “Symmetria” mərkəzində kineziterapevtlərin konsultasiyasına tezliklə yazılın. Probleminizi müəyyən edib aradan qaldırmağa kömək edəcəyik.

Onurğanın boyun şöbəsinin qeyri-sabitliyini fəqərələrin bir hissəsinin hipermobil olduğu hallar göstərir, bu zaman hərəkət amplitudası artır. Bu, bir çox hallarda fəqərələrin xətti sürüşməsinə səbəb olur. Sürüşmə səbəbindən sinir və damarlar travma alır və xoşagəlməz simptomlar yaranır. Xəstəliyin müalicəsi qeyri-sabit seqmentlərin sabitləşdirilməsinə yönəldilməlidir.

Onurğanın boyun şöbəsində qeyri-sabitlik əsasən III-VII fəqərələrin səviyyəsində müşahidə edilir və atlant-ənsə oynağında və I-II fəqərələr arasında funksional bloklar nəticəsində yaranır.   Bu seqmentlərdə normal iş bloklandığına görə daha aşağı fəqərələr artıq yükə məruz qalır və hipermobillik yaranır.  Funksional bloklar aşağıdakı səbəblərdən yaranır:

  • gicgah-alt çənə oynağının disfunksiyası;
  • yanlış dişləm;
  • dişlərin olmaması;
  • dişlərin yaşla sürtünməsi;
  • başın uzun müddət ərzində məcburi vəziyyətdə qalmalı olduğu oturaq iş;
  • alt çənə əzələlərinin son dərəcə gərilməsi ilə müşayiət edilən emosional reaksiyalar (qəzəb, hirs, qıcıqlanma).

Xəstəliyin simptomları

Onurğanın boyun şöbəsinin qeyri-sabitliyi zamanı insan həm sakit halda, həm də boyun hərəkətləri zamanı ağrı hiss edir.  Hərəkətlilik pozulur, hərəkətlə məhdudiyyət yaranır.  Boyun qovşağının sinirlərinin və damarlarının (onurğa arteriyası) zədələnməsi səbəbindən əlavə simptomatik yaranır:

  • həzm prosesi pozulur;
  • tənəffüs pozulur;
  • aşağı ətrafların funksiyaları pozulur;
  • kiçik çanaq orqanlarının işi pozulur.

Onurğanın boyun şöbəsinin qeyri-sabitliyi müalicə olunmazsa…

Zədələnmiş seqmentlər sabitləşdirilməzsə, funksional bloklar aradan qaldırılmazsa patoloji proses irəliləməyə davam edəcək.  Sinir və damarların uzun müddət ərzində travmalı qalması toxumalarda distrofik dəyişikliklərə gətirir, osteoxondroz yaranır.  Qidalanmanın pozulması fəqərələrarası disklərin vəziyyətinə mütləq təsir edir və zamanla onurğanın protruziyaları və ya yırtıqları yaranır.

Patoloji proseslər boyun və beldə ağrının daha da artmasına, daxili orqan və sistemlərin işinin pozulmasına səbəb olur.  Lakin “Symmetria” mərkəzində patoloji mexanizmə təsir edə və onurğanın normal hərəkətliliyini bərpa edə bilirlər.  Və bunu əməliyyatsız və dərman sxemlərindən istifadə etmədən həyata keçirirlər.

“Symmetria” mərkəzində onurğanın boyun şöbələrinin qeyri-sabitliyinin diaqnostikası

Boyunda ağrılar zamanı dəqiq diaqnozu müəyyən etmək üçün mərkəzin kineziterapevtləri ilk öncə pasiyentə suallar verir.  Həkim şikayətlərin təfərrüatlarını, ağrıların intensivliyini, digər orqan və sistemlər tərəfindən pozğunluqları müəyyən edir.  Bundan əlavə mütəxəssis müayinə keçirərək onurğanın artıq hərəkətliliyini müəyyən edir, funksional testlər keçirir.

Kineziterapevtin pasiyentdən müəyyən hərəkətləri yerinə yetirməyi xahiş etdiyi testlər pozğunluqları göstərir.  Həkim mütləq qeyri-simmetrik tənəffüsü müəyyən etmək üçün test keçirir.  Bunun üçün pasiyent düz durur, əlini döş qəfəsinə qoyur və nəfəs alarkən əllərinin nə qədər simmetrik hərəkət etdiyi qiymətləndirilir.

Əlavə olaraq biz aşağıdakı müayinə metodlarından da istifadə edirik:

  • rentgenoqrafiya;
  • MRT;
  • boyun və baş damarlarının ultrasəs dopleroqrafiyası.

“Symmetria” mərkəzində onurğanın boyun şöbələrinin qeyri-sabitliyinin müalicəsi

Onurğanın boyun şöbəsində hipermobilliyin müalicəsi üçün əzələ və oynaqların dekompensasiyasına səbəb olan funksional blokları aradan qaldırmaq lazımdır.  “Symmetria” mərkəzində bu, çoxfunksiyalı trenajorda məşğələlərin vasitəsilə həyata keçirilir.  Trenajor insan fiziologiyası nəzərə alınmaqla, xüsusilə bizim mərkəzimiz üçün yaradılıb.

Onunla işləyərkən pasiyent öz əzələlərini idarə etməyi, fizioloji şəkildə hərəkət etməyi, işə yalnız lazımi əzələləri cəlb etməyi yenidən öyrənir. Boyun şöbəsindəki pozğunluqların üzərində iş zamanı boyun əzələləri cəlb olunmur, iş çiyin vasitəsilə həyata keçirilir və beləliklə travma və ya ağırlaşmaların riski azalır.  Reabilitoloqun və həkimin nəzarəti altında funksional bloklar, eləcə də həddindən artıq yüklənmə aradan qaldırılır, əzələlər öz işini təbiətin yaratdığı kimi yenidən kompensasiya edir. Müalicə zamanı qan axını və normal innervasiya bərpa olunur.

Nəticədə, adətən 24-36 məşğələdən ibarət müalicə kursundan sonra pasiyent diskomfortdan  və hərəkətlərin məhdudluğundan tam azad olur.  Ağrılı simptomlar isə məşğələlərin artıq ilk iki həftəsindən sonra azalır.

 

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizə uyğun olan vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.