Onurğa arteriyası sindromu zamanı boyun ağrıları

Güclü baş ağrıları, başgicəllənmələri və qulaqlarda səs səbəbindən özünüzü pis hiss edirsiniz? Diaqnostika və müalicəni çox uzatmağa dəyməz – “Simmetriya” mərkəzinə nə qədər tez gəlsəniz, sizə o qədər tez kömək edə biləcəyik!

Onurğa arteriyası sindromu – beynin qan təchizatının pozulduğunu göstərən simptomlar toplusudur. Baş damarlarının qan dövranı onurğa arteriyasının və onu əhatə edən simpatik sinirlərin əzilməsi səbəbindən pozulur. Xəstəliyin müalicəsinin əsas vəzifəsi damar və sinirlərin əzilməsinin səbəblərinin aradan qaldırılması olmalıdır.

Onurğa arteriyası boyun fəqərələrinin köndələn çıxıntılarından keçir və onurğanın boyun şöbəsinin istənilən disfunksiyası zamanı spazma yaranır. Bunun nəticəsində beyin strukturları qidalanma üçün kifayət qədər qan almır.  Onurğanın boyun şöbəsində pozğunluqlara gətirən əsas  səbəblər aşağıdadır:

  • stresslər;
  • az hərəkətli həyat tərzi;
  • boynun uzun müddət ərzində məcburi vəziyyətdə qalması (kompüter arxasında iş zamanı və s.);
  • qamçı travmaları;
  • onurğanın boyun şöbəsinin funksional blokları;
  • boyun fəqərələrinin qeyri-sabitliyi.

Xəstəliyin simptomları

Beynin qan təchizatının pozulması səbəbindən insan aşağıdakı simptomlardan şikayət edir:

  • dəbilqə tipli güclü baş ağrıları (ənsə nahiyəsində başlayır, təpəyə və alına yayılır, bütün başı və ya başın yalnız bir yarısını əhatə edə bilir);
  • boyunda ağrılar;
  • başgicəllənmələr;
  • qeyri-sabit yeriş;
  • qeyri-sabitlik;
  • qulaqda səs və ya zingilti;
  • hərəkət koordinasiyasının pozulması;
  • görmə qabiliyyətinin pozulması (gözlərdə qaralma, xarici cisim hissi).

Onurğa arteriyası sindromu müalicə olunmazsa…

Xəstəlik müalicə olunmazsa, qan təchizatının pozğunluğunun xoşagəlməz simptomları daha da ağırlaşır. Tədricən dissirkulyator ensefalopatiya yaranır. Bu zaman koqnitiv funksiyalar (yaddaş, diqqət, qavrayış) pozulur, hərəkət aktivliyinin, emosional sferanın pozğunluqları müşahidə edilir.  Həmçinin müalicə olunmamış onurğa arteriyası sindromuna işemik tutmalar, insultlar, hipertonik xəstəlik xasdır.

“Simmetriya” tibb mərkəzinin həkimləri beynin qan təchizatı üçün önəmli damarların əzilmə səbəbini aradan qaldıraraq bütün bu ağırlaşmaların qarşısını ala bilər. Bu müalicə heç bir əməliyyatı, dərmanlardan istifadəni nəzərdə tutmur. Müalicə zamanı yalnız çoxfunksiyalı trenajorda xüsusi məşğələlər kursu həyata keçirilir.

“Simmetriya” mərkəzində onurğa arteriyası sindromunun diaqnostikası

“Simmetriya” mərkəzinin kineziterapevtləri üçün xəstəliyin diaqnostikasında əsas məqam  – onurğa arteriyasının hansı  seqmentdə və hansı səbəbdən zərər gördüyünü başa düşməkdir.  Bunun üçün həkim əvvəlcə pasiyentə suallar verir, simptomları və həyat anamnezini öyrənir.  Bundan sonra onurğa və oynaqların müayinəsi, eləcə də funksional testlər keçirilir.

Həkim testlər zamanı pasiyentdən baş və boyunla müəyyən hərəkətlər etməyi xahiş edir və testlərin köməyi ilə fəqərələrin qeyri-sabitliyi və funksional bloklar müəyyən edilir.  Əlavə tədqiqatlar qismində aşağıdakı müayinələr keçirilir:

  • boyun və baş damarlarının funksional bloklarının testlərlə (başın çevrilməsi, əyilməsi) həyata keçirilən ultrasəs dopleroqrafiyası;
  • onurğanın DIERS 4Dmotion®  cihazı ilə optik topoqrafiyası (vestibulyar aparatın işində kənaraçıxmaları müəyyən etməyə imkan verir);
  • MRT;

“Simmetriya” mərkəzində onurğa arteriyası sindromunun müalicəsi

Onurğa arteriyası sindromunun aradan qaldırılması üçün funksional blokları və fəqərələrin qeyri-sabitliyini aradan qaldırmaq, onurğanın statik funksiyalarını bərpa etmək lazımdır.  Bütün bunlar “Simmetriya” mərkəzində çoxillik iş təcrübəsinə malik kineziterapevtlər və reabilitoloqlar tərəfindən həyata keçirilir . Dəqiq diaqnozun müəyyən edilməsindən sonra müalicə edən həkim fərdi müalicə sxemini tərtib edir.  Daha sonra pasiyentin və reabilitoloqun birgə işi başlayır.

Müalicə kursu trenajorda məşğələlərdən ibarətdir. Məşğələlər zamanı reabilitoloq pasiyentə öz əzələlərini yenidən idarə etməyi öyrədir.  Yalnız bu zaman bütün hərəkətlər fiziolojidir və onların düzgün biomexanikasına riayət edilir.  Onurğanın boyun şöbəsindəki problemlərin aradan qaldırılması çiyin əzələləri ilə iş vasitəsilə həyata keçirilir. İlk öncə zəif boyun əzələlərinin yükü aradan qaldırılır və mümkün travma və problemlərin qarşısı alınır.

Hər üç məşğələdən sonra pasiyent kineziterapevtin kontrol müayinəsindən keçir.  Həkim dinamikanı izləyir və zəruri olduqda müalicə planına düzəlişlər edir.  Nəticədə biz onurğanın ideal işinə nail oluruq və ağrı, diskomfort və pozğunluqlara dair bütün şikayətlər aradan qalxır.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.