Ağrılardan həmişəlik qurtulmaq istəyirsiniz?

Belinizdə ağrı, dizinizdə, çiyninizdə və digər orqanlarınızda diskomfort və narahatlıq tez-tez yaranır? Yəqin ki, bu ağrılı hisslərin səbəbini də bilirsiniz. Çox güman ki, bunlar – passiv həyat tərzi, oturaq iş, fəqərələrarası yırtıqlar,  uşaqlıqdan gələn skoliozdur.  Və ya əksinə, siz müntəzəm olaraq idmanlar məşğul olursunuz, hətta məşqçinizin nəzarəti altında məşq edirsiniz, lakin ağrı yenə də yaranır?  Sizə ağrıdan həmişəlik qurtulmağa kömək edə biləcəyimizi desək nə düşünərsiniz? Bu zaman əməliyyatlar və mürəkkəb dərman sxemləri deyil, sadəcə bədən gücünüzdən istifadə etmək lazım olacaq.

Ağrı nəyə görə yaranır?

XXI əsrin insanı yanlış həyat tərzi sürür.  Əksəriyyətimiz bədən üçün qeyri-təbii olan statik vəziyyətdə uzun müddət ərzində oturmağı nəzərdə tutur. Belə ki, biz bir qrup əzələni həddindən artıq yükləyib, digərlərinə isə işləmək imkanı vermirik. İnsan orqanizminin əzələləri bir-biri ilə bağlıdır. Əzələ sisteminin bir şöbəsində funksiyaların pozğunluğu baş verdikdə, bütün əzələ kompleksi əziyyət çəkir və patoloji hərəkət stereotipi yaranır.  Normada insan orqanızmi əzələlərin artıq gərginliyini özü atır, lakin daimi yanlış yüklənmələr zamanı orqanizm bunun öhdəsindən gəlmir, əzələ disbalansı artır, sinir və damarlar sıxılır, AĞRI yaranır.  Hətta idmanla məşğul olan zaman lazımi əzələlər işə düşmür və məşqlər qeyri-effektiv keçir.

Bel və oynaq ağrılarının müalicəsi üzrə “Simmetriya” mərkəzi

Bel və oynaq ağrılarının müalicəsi üzrə “Simmetriya” mərkəzi – biomexanoterapiya klinikasıdır.  Mərkəzin komandası – simptoma deyil, xəstəliyin yaranma səbəbi və mexanizminə təsir edərək sizi ağrıdan azad edəcək.  Biz qeyri-steroid iltihabəleyhinə vasitələrdən, məlhəmlərdən, blokadalar və digər müvəqqəti təsirli vasitələrdən istifadə etmirik.

Biz hərəkətlə müalicə edirik, bədənin təbii simmetriyasını bərpa edirik.  Düzgün seçilmiş məşğələ kompleksinin sayəsində biz əzələlərin işini “sıfırlamağa” kömək edir və onlara fizioloji şəkildə hərəkət etməyi öyrədirik.

Metodikanın yaranma tarixi

İnsan bədəninin simmetriyası haqqında danışan ilk insan Romalı memar Vitruvi olub.  “Vitruvius Adamı” rəsmini çəkərkən Leonardo da Vinçi məhz onun əsərlərini illüstrasiya etmişdir.  Kanonik proporsiyalı insanın bu rəsmi İntibah dövründə insan bədəninin təbii simmetriyasının simvoluna çevrilir.  Bu rəsm qızıl kəsik qaydasına əsasən insan bədəninin quruluşu və proporsiyalarını müəyyən edir.

Bu biliklərdən mexanoterapiyanın banisi – İsveçli terapevt – Qustav Sander istifadə etmişdir.  Cavanlıqda müalicəvi gimnastikanın təsiri öz üzərində hiss etmişdir və nəticələrdən ilhamlanaraq 1857-ci ildə mexanoterapiya üçün müalicə cihazlarını yaratmışdır.  Bu cihazların təsiri pasiyent tərəfində mülayim fiziki yüklənmə zamanı lazımi əzələ qruplarının dozalanmış şəkildə oyandırılmasına əsaslanır.  1865-ci ildə Sander Stokholmda ilk müalicəvi gimnastika institutunu açmışdır. Bu institut ətrafdakı bütün aristokratların marağına səbəb olmuşdur.  Tezliklə bu effektiv metodika Avropa və Amerikanın tanınmış kurortlarında geniş yayılmışdır və ortopedik mərkəzlərdə əsas reabilitasiya metoduna çevrilmişdir.  Bütün Avropada pencəkli centlmenlər və uzun ətəkli xanımlar fərdi olaraq seçilən məşğələlər üçün gəlirdilər və əhəmiyyətli irəliləyiş qeyd edirdilər.

Lakin Birinci dünya müharibəsi başladıqdan və Sanderin 1920-ci ildə ölümündən sonra mexanoterapiya ənənəsi qırıldı, bütün mərkəzlər bağlandı.  Bel və oynaq ağrıları üzrə “Simmetriya” müalicə mərkəzinin həkim və reabilotoloq komandası Qustav Sanderin qırılmış ənənəsini bərpa edir. Müasir texnologiyalardan və insan bədəni haqqında dərin biliklərdən istifadə və təcrübə sayəsində mərkəzin mütəxəssisləri yeni unikal trenajor hazırlayıb.  Bu  trenajor  insan bədəninin quruluşunda əks olunan harmonik proporsiya olan qızıl kəsik prinsipindən istifadə etməklə yaradılmışdır.

Geniş funksionallığı və erqonomikliyi sayəsində trenajor insana dekompression hərəkətləri yerinə yetirməyə kömək edir. Bu hərəkətlərin yerinə yetirilməsi zamanı oynaqlar artıq yüklənməyə məruz qalmır. Trenajorun köməyi ilə əzələlər tam fizioloji qaydada işləyir, tonus yığır və bədəni simmetrik saxlayır.  Bu cür işin nəticəsində əzələ sisteminin anatomikliyi və funksionallığı bərpa olunur.

Başqalarından nə ilə fərqlənirik

Məşğələ kompleksi pozğunluğun yeri və səbəbinin aşkar edilməsindən sonra hər pasiyent üçün tərtib edilir.  Bu işdə bizə Almaniyanın DIERS International GmbH  şirkəti tərəfindən sümük-əzələ sisteminin zərərsiz diaqnostikası üçün xüsusilə yaradılmış aparat-laboratoriyası yardımçı olur.  Rusiyada bu aparatdan yalnız Bel və oynaq ağrıları üzrə “Simmetriya” Mərkəzi istifadə edir.

Xüsusi sistem bədənin anatomik istiqamətlərini tanıyır və fiksasiya edir, onurğa və oynaqların vəziyyəti və işini hərəkətli və hərəkətsiz vəziyyətdə qeydə alır və təhlil edir. Cəmi 10 dəqiqə ərzində biz onurğanın vəziyyətinin diaqnostik analizi və tam qiymətləndirməsini əldə edirik.  Aparatın unikallığı ondan ibarətdir ki, diaqnostika şüalardan deyil, optik analizdən istifadə edir.  Bu səbəbdən tədqiqat istənilən yaşda insanlar üçün və istənilən tezliklərlə keçirilə bilər.  Bel və oynaq ağrıları üzə “Simmetriya” müalicə mərkəzində müalicə kursu zamanı DİERS-diaqnostikası hər həftə keçirilir, çünki biz terapiyaya nəzarət edir və pasiyentlərə bədəndəki müsbət dəyişiklikləri göstəririk.

Artıq ağrıya dözməyin

Təsəvvür edin ki, artıq sabah bel və oynaqlarınızda ağrı hiss etməyəcəksiniz.  Çarpayıdan qalxmaq, ağrı əşyaları qaldırma sizin üçün artıq çətin olmayacaq, sevdiyiniz idman növü ilə məşğul ola biləcəksiniz.

Biz pasiyentlərimiz qarşısında müalicənin nəticəsinə görə məsuliyyət daşıyırıq və daimi müsbət dinamikaya zəmanət veririk.  Bütün məşğələlər reabilitoloqun köməyi ilə keçirilir. Məşğələlər asandan mürəkkəbədək dəyişir və bədəni artıq yüklənməyə məruz qoymur.  Müalicə kursunu keçdikdən sonra əzələlərin işi, fəqərələr və oynaqlar arasında qarşılıqlı təsir, qan təchizatı və innervasiya normallaşır, bədənin harmoniya və simmetriyası bərpa olunur.  Nəticədə:

  • ağrılar aradan qalxır
  • hərəkətlərin tam həcmi bərpa olunur
  • enerji səviyyəsi yüksəlir
  • travmatizasiya riskləri azalır
  • idman məşğələləri effektivləşir

Siz konsultasiya üçün ərizə saxlaya bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.