Miofassial sindromlar zamanı bel ağrıları

 Bel ağrılarınızı həmişəlik unutmağa kömək edəcəyik! Əməliyyat və dərmansız müalicə edə bilirik. Xüsusi trenajorda məşq vasitəsilə müalicə kursundan sonra bədəninizdə yenidən güc və enerji hiss edəcəksiniz!.

Miofassial sindrom – əzələ funksiyasının pozulmasına, trigger nöqtələrinin yaranmasına səbəb olan əzələ-bağ aparatının patologiyasıdır. Trigger nöqtələri – əzələlərdə hərəkətlər zamanı qeyri-adi şəkildə yığılan və bütün əzələnin yığılma prosesini pozan və ağrılara səbəb olan dəyişmiş sahələrdir. Patologiyanın müalicəsi əzələlərin düzgün işinin bərpasına yönəlmişdir.

Müxtəlif növ miofassial sindrom mövcuddur:

  1. Fassiyanın və ya əzələ örtüyünün qısalması zamanı yarananlar. Əzələ fassiyasının əsas funksiyası – hərəkətlərin əzələlərdən sümüklərə ötürülməsi, əzələlərin sürüşməsi və əzələlərin arasından və ya əzələlərdən keçən damar və sinirlərin mühafizəsidir. Fassiyası qısalmış əzələ hərəkət zamanı qeyri-adi reaksiya göstərir, ağrı yaranır.
  2. Əzələ vətəri ilə problemlər zamanı yarananlar. Miofassial sindrom zamanı vətərlərdə pozğunluqlar yaranır, bu zaman əzələnin işi reflektor olaraq bloklanır ki, əzələ qırılmasın.
  3. Əzələlərin birləşdiyi yerlərin qeyri-sabitliyi zamanı miofassial sindromlar. Pozğunluq əzələnin birləşdiyi yerdə yarandıqda o, artıq yığılma zamanı sümüyü hərəkətə gətirə və öz funksiyasını tam həcmdə yerinə yetirə bilmir.
  4. Tunel sindromları zamanı MFS. Sümüklər, əzələlər və vətərlər arasındakı kanalda yerləşən sinir əziləndə tunel sindromu yaranır. Sinirin əzilməsi əzələnin yığıldıqdan sonra boşalmaması zamanı baş verir və ağrı ilə müşayiət olunur.

Miofassial sindromların yaranmasının əsas səbəbləri yanlış hərəkət, travmalar və metabolizmin pozulmasıdır.  MFS əzələlərin kifayət qədər inkişaf etməməsi (idmanla məşğul olmayan, oturaq həyat tərzi sürən insanlarda), eləcə də yaşla əlaqədar dəyişikliklər zamanı yaranır.

Patologiyanın simptomları

Miofassial sindromlar zamanı xəstələr əzələ ağrılarından, ağrını “işə salan” trigger nöqtələrinin mövcudluğundan, uzaq ağrılardan və daxili orqanların funksiyalarının pozğunluqlarından şikayət edirlər.  Zədələnmə yerindən asılı olmayaraq uzaq hiss edilən ağrılar ətraflarda, başda və boyunda, cinsiyyət orqanlarında, sağrıda, aralıqda və oynaqlarda hiss oluna bilər.  Vegetativ pozğunluqlardan ən çox aşağıdakılara rast gəlinir:

  • təngnəfəslik;
  • başgicəllənmələr;
  • ürək bulanması;
  • ürək ritminin pozulması;
  • MBT-nın pozğunluqları;
  • yuxunun pozulması.

Miofassial sindrom müalicə olunmazsa…

Miofassial sindrom zamanı trigger nöqtələrinin mövcud olduğu əzələ yanlış işləyir. Yaxşı dartılmır və yığılmır, bu səbəbdən onun yerinə  sinergist, yəni hər-hansı hərəkətdə iştirak edən əzələlərdən biri işə düşür. Lakin sinergist əzələlər onlara xas olmayan hərəkətləri düzgün yerinə yetirə bilmir, bu səbəbdən onlar oynaq və onurğanın yanlış hərəkətinə səbəb olurlar.

Uzunmüddətli yanlış hərəkətlər funksional blokların və toxumalarda distrofik proseslərin yaranmasına gətirib çıxarır.  Onurğanın qidalanması pozulduqda osteoxondroz inkişaf edir, onurğa protruziyaları və yırtıqları yaranır.  Beldə xroniki ağrılar yaranır, əzələlər ölgünləşir, ətraflar öz funksiyalarını itirir.

“Symmetria” mərkəzində miofassial sindromların diaqnostikası

“Symmetria” tibb mərkəzinin həkimləri miofassial sindromun səbəbi və lokalizasiyasını dəqiq müəyyən edərək müalicə planını elə tərtib edəcəklər ki, xəstələrin şikayətləri aradan qalxacaq və əzələlərin normal işi bərpa olunacaq. Mərkəzdə diaqnostikanı təcrübəli kineziterapevtlər həyata keçirir.  Həkimlərimiz yüzlərlə pasiyentə hərəkət fəaliyyətini bərpa etməyə və bel ağrısını unutmağa kömək edib.

Diaqnostika prosesi ilk konsultasiya zamanı həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:

  • sorğu-sual (şikayət və anamnezin toplanması);
  • müayinə (vizual baxış, toxumaların əl ilə yoxlanılması);
  • funksional testlərin keçirilməsi;
  • onurğanın DIERS 4Dmotion® cihazında optik topoqrafiyası;
  • digər zəruri tədqiqatlar.

“Symmetria” mərkəzində miofassial sindromların müalicəsi

Mərkəzimizin kineziterapevtləri sizin probleminizi “hərəkətlə müalicə” vasitəsilə həll edəcək! İnsan anatomiyasının və fiziologiyasının nəzərə alınması ilə yaradılmış “Symmetria” trenajorunda məşq sistemi probleminizi kompleks şəkildə həll etməyə kömək edir.  Müalicə tam ekolojidir və dərman qəbulunu və ya əməliyyat nəzərdə tutmur.

Tam diaqnostikadan sonra mərkəzin həkimi əzələdəki pozğunluğun növünü müəyyən edə biləcək və trenajorun köməyi ilə ona birbaşa olaraq təsir etmək üçün müalicə planını tərtib edəcək.  Məşqlər zamanı pasiyentin yanında reabilitoloq olur.  Məşğələ zamanı o, hərəkətlərin düzgünlüyünə nəzarət edir, yükü yoxlayır və psixoloji dəstək göstərir.

Ağrı artıq ilk məşğələlərdən sonra yüngülləşməyə başlayır.  Pozğunluqların mövcud olduğu əzələ yenidən işləməyi öyrənir, onun sinergistləri işə düşür, qısalmış əzələlər dartılır, onurğa və ətraflar hərəkətlərini tam həcmdə bərpa edir.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Siziə uyğun olan vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.