Epikondilit zamanı dirsək ağrıları

Epikondilit zamanı dərman qəbul etməktən imtina edin, çünki bu yalnız müvəqqəti və qeyri sabit nəticə verir! Müalicə üçün “Symmetria” mərkəzinə gəlin və dirsəkdə ağrı və qolun məhdud hərəkətliliyi haqqında unudun!

Epikondilit – əzələlərin dirsək oynağının ələngə başlarına bağlanma yerlərinin zədələndiyi degenerativ-distrofik xəstəlikdir. Yaranan iltihabi proses səbəbindən epikondilit aşkar ağrı ilə müşayiət olunur. Xəstəliyin “Symmetria” mərkəzində müalicəsi dirsək oynağının işinin bərpasına yönəlib.

Epikondilitin yaranmasının əsas səbəbləri aşağıdakılardır:

  • dirsək travmaları;
  • idman yükləri (tennislə, qolfla məşğul olan zaman);
  • peşə vərdişləri (inşaat işçiləri, musiqiçilər, saç ustaları, idmançılar, masajçılar və s.);
  • birləşdirici toxumanın anadangəlmə zəifliyi.

Proses əzələləri, onların vətərlərini və sümük üstlüyünü vətərlərin bərkidiyi yerlərdə əhatə edir.  Toxumaların zədələndiyi yerdən asılı olaraq epikondilit medial (zədələnmə oynağın daxili səthində yerləşir) və ya lateral (xarici hissə zərər görür) ola bilər.  Əsasən işçi, dominant əl zərər görür.

Xəstəliyin simptomları

Epikondilitin əsas kliniki simptomları:

  • Dirsəyin xarici və daxili səthi nahiyəsində yüklənmə zamanı artan güclü lokal ağrı (ağrı xarakterinə görə küt, sızıldayan və ya yanan ağrı ola bilər);
  • bazu önündə, əldə, barmaqlarda uzaq ağrılar (dirsək sinirinin prosesdə iştirakı zamanı);
  • əzələlərin zəifliyi;
  • tez yorulma;
  • hərəkətlərin məhdudluğu.

Xarici epikondilit zamanı ağrı masadan əşya (məs., fincan) götürmək cəhdi, əli çevirən zaman ağrı hissi daha da artır.  Daxili epokondilit zamanı ağrı bazu önünün əyilməsi və içəri çevrilməsi zamanı güclənir.

Epikondilit müalicə olunmazsa…

Epikondilit müalicə olunmazsa, proses xronikiləşir və ən kiçik qıcıqlandırıcının təsirindən kəskinləşir.  Zədələnmə yerlərində istənilən yük zamanı işə düşən trigger nöqtələri formalaşır, tədricən əl əzələlərinin və bazu önünün zəifliyi artır, gündəlik məişət işlərinin yerinə yetirilməsi son dərəcə çətinləşir.

“Symmetria” mərkəzində epikondilitin diaqnostikası

Dəqiq diaqnoz qoymaq üçün mərkəzin həkimi pasiyentə təfərrüatlı suallar verir.  Epikondilit üçün səciyyəvi şikayətlərin müəyyən edilməsindən sonra kineziterapevt baxış keçirir.  O, dirsəyi əl ilə yoxlayır, trigger nöqtələrini müəyyən edir, dirsəkdə passiv və aktiv hərəkətləri qiymətləndirir.

Daha sonra mütəxəssis bir neçə ortopedik test keçirir (pasiyentdən əlini yığmağı-açmağı, yumruq tutmağı, qolunu belinin arxasına aparmağı xahiş edir). Əlavə tədqiqat metodlarından maqnit-rezonans tomoqrafiyası təyin edilir (dirsək sinirinin zədələnmə simptomları zamanı).

“Smmetria” mərkəzində epikondilitin müalicəsi

Epikondilitin mərkəzdə müalicəsi kineziterapiya vasitəsilə həyata keçirilir.  Həkimlərimiz dərmanlardan, blokadalardan və digər standart müalicə metodlarından istifadə etmir.  Biz bilirik ki, toxumaların zədələnməsini trenajorda xüsusi məşğələlərin köməyi ilə aradan qaldırmaq mümkündür. Trenajor xüsusilə “Symmetria” mərkəzi üçün yaradılıb və toxumaları ehmalca bərpa etməyə imkan verir.

Məşğələlər  dirsək oynağının işinin sabitləşdirilməsinə, çiyin və bazu önü əzələlərinin, eləcə də onların bağlarının dərindən işlənilməsinə yönəlib. Cəmi 12-18 məşğələ ərzində pasiyent ağrını unudur, əzələlərdə yenidən güc hiss edir, işə və idmana qayıda bilir. Bütün məşğələlər reabilitoloqla təkbətək keçir. Bu isə trenajorda yanlış işi və ya travma risklərini istisna etmir.  Təcrübəli reabilitoloq öyrədir və nəzarət edir, müalicə edən həkim isə müsbət dinamikanı qeyd etmək üçün pasiyenti hər həftə müayinə edir.

 

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizə uyğun olan vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.