“Donmuş” çiyin zamanı çiyin ağrıları

“Donmuş” çiyin – qorxunc səslənir, ağrı hiss edirsiniz? Ümidinizi itirməyin! “Simmetriya” tibb mərkəzində çiyini əməliyyatsız, iynəsiz və dərmansız bu problemdən qurtarmağın yollarını bilirlər. Yalnız çoxfunksiyalı trenajordan istifadə edirik!

Çiyin oynağı ilə demək olar ki, heç bir hərəkət etmək mümkün olmadıqda “donmuş” çiyin sindromu yaranır. Bu zaman əl yalnız kürək və ya dirsək hesabına hərəkət edir, çiyin hərəkətləri isə güclü ağrıya səbəb olur. Xəstəliyin müalicəsi oynağın işlənməsinə və çiynin hərəkətliliyinin bərpasına yönəlib.

“Donmuş” çiynin yaranma səbəbi – yapışan kapsulitdir.  Oynaq kapsulunun həcminin azaldığı və liflərin yapışması ilə müşayiət edilən kapsul zədələnməsidir.  Hərəkət zamanı zədələnmiş kapsul dartılır, travma alır, çiynin hərəkət aktivliyi isə bloklanır.

Yapışan kapsulitin yaranmasına gətirən ən geniş yayılmış amil – travmadır.  Daha nadir hallarda patoloji proses müalicə olunmamış çiyin-kürək periartrozu, toksik təsirlər və ya infeksiyalar səbəbindən inkişaf edə bilər.

Xəstəliyin simptomları

“Donmuş” çiyin sindromu zamanı kəskin iti ağrıdan və çiyin oynağından hərəkət edə bilməməkdən şikayətlər yaranır.  Əvvəl müəyyən hərəkət həcmi qorunur, lakin, zaman keçdikcə, tam bloklanır, əl, demək olar ki, iş qabiliyyətini itirir.  Xəstəlik müalicə olunmazsa, zədələnmiş tərəfdən əzələlərin atrofiyası başlayır.

“Simmetriya” mərkəzində “donmuş” çiynin diaqnostikası

“Donmuş” çiynin diaqnostikası “Simmetriya” mərkəzinin həkim kineziterapevtləri üçün çətinlik təşkil etmir.  Spesifik simptomatika mütəxəssisə hələ ilk mərhələdə, pasiyentin sorğu-sual edilməsi zamanı ilkin diaqnoz qoymaq imkanını verir. Sorğu-sual və anamnezin toplanılmasından sonra həkim pasiyentə baxış keçirir, çiyin oynağında hərəkət həcmini analiz edir, zədələnmiş strukturları əl ilə yoxlayır.

Əlavə müayinə qismində pasiyentlərimizə onurğanın MRT və optik topoqrafiyasını təyin edirik.  Sonuncusu pozğunluqların onurğanın strukturlarına təsirini müəyyən etməyə və onları terapiyanın planında nəzərə almağa kömək edəcək.  Ətraflı diaqnostikadan sonra həkim pasiyentin çiyin hərəkətliliyini tezliklə bərpa etməyə və onu ağrıdan azad etməyə kömək edəcək fərdi müalicə planını tərtib edir.

“Simmetriya” mərkəzində “donmuş” çiynin müalicəsi

“Simmetriya” tibb mərkəzində pasiyentlər düzgün hərkətlər vasitəsilə müalicə olunur.  Oynağı yalnız bu cür geri qazanmaq mümkündür.  Kineziterapevt “Simmetriya” trenajorunda reabilitoloqun əsaslı nəzarəti altında keçirilən məşğələlər planını tərtib edir.  Məşğələlər zamanı oynağın kapsulunun dozalı şəkildə dartılması sayəsində divarları tədricən açılır və hərəkətlər bərpa olunur.

“Donmuş” çiyin zamanı mütəxəssislərimizin əsas iş prinsipi – mərhələlilikdir.  İş ağrının kənarları ilə və ya ağrısız həyata keçirilir ki, pasiyent qorxmasın və onun beyni hərəkətləri bloklamasın.  İlk mərhələdə çiyin oynağında hərəkətlər 60 dərəcə diapazonunda həyata keçirilir və tədricən 180 dərəcəyədək artırılır.  Hər mərhələdə çiyin əzələlərini aktivləşdirən və onun hərəkətlərini bərpa edən xüsusi məşğələlərdən istifadə olunur.

Biz artıq travmasız və ağrısız işinizi təmin edəcəyik.  Orta hesabla donmuş “çiyin” sindromu 3 ayadək müntəzəm məşğələlər ərzində müalicə olunur.  Bu zaman kineziterapevt daima kontrollar keçirir və dinamikanı qeydə alır.  1 ay sistematik işdən sonra müsbət dinamika olmazsa pasiyentə cərrahi müdaxilə haqqında məsələni həll etmək üçün cərrah ortopedə müraciət etməyi tövsiyə edirik.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.