Diz oynağının artrozu zamanı diz ağrıları

Diziniz ağrıyır, sızıldayır və şıqqıldayır? Xəstəliyin ağırlaşmasını gözləməyin, “Simmetriya” mərkəzinə gəlin və biz ağrının səbəbini tapıb aradan qaldıracağıq!

Diz oynağının artrozu – qığırdaq toxumasının strukturunun zədələndiyi distrofik xəstəlikdir. Bunun səbəbi qığırdağın oynaq səthlərinin qidalanmasının pozulması, qığırdağın tədricən nazikləşib deformasiyaya uğramasıdır. Xəstəliyin müalicəsi distrofiyanın səbəblərinin aradan qaldırılmasına və qığırdaq toxumasının qidalanmasının bərpasına yönəlmişdir.

Qığırdaq toxuması diz oynağına daxil olan sümük sonluqlarını (oma, qaval və diz qapağını) örtür. Qığırdaqlar oynaq səthlərini formalaşdırır, sümüklərə sürtünmədən və ağrıya səbəb olmadan hərəkətlər etməyə kömək edir. Çünki onların qan damarları və sinir sonluqları yoxdur.  Bəs damar yoxdursa, onda qidalanma haradandır?

Qığırdaq el arasında “sürtgü” adlandırılan sinovial maye ilə qidalanır.  Bu qidalandırıcı maddə kolloid xüsusiyyətlərinə malikdir və daha yaxşı sürüşməni təmin edir.  Bu mayeni oynağın sinovial qişası öz qanından istehsal edir.  Diz nahiyəsində qan təchizatı nə qədər yaxşı olarsa, qığırdağın qidalanması da o qədər çox olacaq.

Qığırdağı sıxılma zamanı sinovial maye verən, düzlənəndə isə qidalandırıcı maddələrin yeni porsiyasını özünə çəkən süngər şəklində  təsəvvür etmək olar. Qığırdağın qidalanması məhz hərəkət  zamanı  baş verir.  Trofika pozulduqda qığırdaq normal bərpa oluna bilmir, nazikləşməyə və zədələnməyə başlayır.

Qığırdağın qidalanmasının pozulmasına səbəb olan amillər aşağıdakılardır:

  1. Mexaniki səbəblər – ayaqlarda (ayağın altının düzlüyü, yanlış ayaqqabı, yanlış yeriş) və sağrı əzələlərində problemlər (həddindən artıq yükləmiş əzələlər dizdə biomexaniki tarazlığı pozur), eləcə də az hərəkətli həyat tərzi (qığırdağın qidalanma mexanizmi hərəkətsizlik səbəbindən pis işləyir).
  2. Cərrahi müdaxilələr.
  3. Revmatik xəstəliklər.
  4. İnfeksiyalar.

Xəstəliyin simptomları

Diz oynağının artrozunun simptomları tədricən yaranır və xəstəlik irəlilədikcə irəliləyir.  Əvvəl vaxtaşırı olaraq diskomfort hiss olunur, sonra isə bu diskomfort ağrıya keçir.  Həmçinin aşağıdakı şikayətlər müşahidə edilir:

  • dizdə ödəm;
  • oynağın deformasiyası;
  • hərəkətlərin məhdudluğu;
  • hərəkətlər zamanı şaqqıltı;
  • ayaqların deformasiyası (x-varı forma).

Diz oynağının artrozu müalicə olunmazsa…

Distrofik proses dayandırılmazsa, qığırdaq toxumasının zədələnməsi ağırlaşacaq.  Bu zaman sümük səthlərinə artıq yük artır, sümük həddindən artıq yüklənmiş yerlərdə birləşməyə başlayır və osteoartroz yaranır.  Ağrılar daha da güclənir və yalnız hərəkət zamanı deyil, həmçinin rahat vəziyyətdə də yaranır, diz deformasiyaya uğrayır.  Əlilliyin yaranmasının qarşısını almaq üçün  oynağın endoprotezlənməsi məsələsi tez və ya gec  qalxır.

Bundan əlavə işləməyən diz digər oynaqların və onurğanın yükünü artırır.  Lakin reabilitasiya vaxtında keçirilərsə bütün bu dəyişikliklərin qarşısını almaq, diz qığırdağının normal qidalanmasını və hərəkət həcmini bərpa etmək mümkündür.

“Simmetriya” mərkəzində diz oynağının artrozunun diaqnostikası

Diz oynağının dəqiq vəziyyətini müəyyən etmək üçün mərkəzin kineziterapevti pasiyentə suallar verməklə yanaşı, xüsusi baxış keçirir.  Bu cür baxış diz əzələlərinin və toxumalarının palpasiyasından, menisklərin yüklənməsi ilə keçirilən ortopedik sınaqlardan, bağların sabitliyinin yoxlanılması üçün testlərin yerinə yetirilməsindən ibarətdir.

Bundan əlavə biz diaqnostika üçün onurğanın optik topoqrafiyasından istifadə edirik.  Bu müayinə videoanaliz əsasında işləyən DIERS 4Dmotion® cihazında yerinə yetirilir.  Distrofik prosesin səbəblərini axtarmaq üçün çanaq və ayaq zonalarını müayinə edirik, eləcə də diz oynaqlarında bucaqları müəyyən edirik, yeriş zamanı dizlərin hərəkətini yoxlayırıq.  Zəruri hallarda MRT və rentgenoqrafiya kimi əlavə müayinələr təyin edilir.

“Simmetriya” mərkəzində diz oynağının artrozunun müalicəsi

Artrozun yaranmasının səbəbindən asılı olaraq müalicəyə dərhal və ya kəskinləşmə dövründən sonra başlaya bilərik.  Revmatik xəstəliklər və infeksiyasonrası artrozlar zamanı kəskinləşmədən sonrakı zədələrin bərpası tələb olunur.  Bu hallarda biz məşğələlər vasitəsilə oynağın yükünü azaltmaq və normal hərəkətləri təmin etmək üçün əzələlərin tonus və gücünü artırırıq.

Diz travmaları zamanı müalicə qərarı zədələnmədən asılı olaraq qəbul edilir.  Bağ və menisklərin zədələnmələri üçün cərrahi müalicə tələb oluna bilər. Bu halda pasiyent bizim mərkəzimizə əməliyyatdan sonra reabilitasiya üçün gəlir.

Artroz mexaniki səbəblərdən yarandıqda biz, xüsusi trenajorda məşğələlər sxemini hazırlayırıq. Bu məşğələlər oynağı dartmağa və oynaq və sağrı əzələlərində mümkün pozğunluqları aradan qaldırmağa kömək edir.   Yanlış hərəkət edən və oynaqları həddindən artıq yükləyən əzələlər məşğələlər zamanı yenidən düzgün biomexanika ilə hərəkət etməyi öyrənir. Bu hərəkətlər qığırdağın qidalanmasının təbii mexanizmini işə salır, oynaqlardan artıq yükü götürür və oynaqyanı əzələlərin tonusunu qaldırır.

Müalicənin nəticəsində ağrı tamamilə aradan qalxır, ödəm və deformasiya yox olur.  Çox irəliləməmiş hallarda biz 24-36 məşğələ ərzində tam sağalmaya nail oluruq.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.