БÇiyin travması zamanı çiyin ağrıları

Çiyin travmasının “öz-özünə” sağalmasını gözləməyin! Reabilitasiya vaxtında keçirilməzsə təkrar travma riski son dərəcə yüksək qalır. “Symmetria” mərkəzinə gəlin və həkimlərimiz sizə potensial problemlərdən qurtulmağa kömək edəcək!

Çiyin travmalarına adətən yıxılma zamanı, zərbələrdən, sərt əşya ilə toqquşmadan, çiynin üzərinə ağırlıqların düşməsindən, son dərəcə ağır idman yüklərindən sonra rast gəlinir. Çiyin travması zamanı həm yumşaq toxumalar, həm də sümüklər zədələnə bilər. Sınıq və ya çatlaq mövcud olduqda “Symmetria” mərkəzində reabilitasiya keçirmək üçün onların birləşməsini gözləmək lazımdır. Yumşaq toxumaların zədələnməsi zamanı mərkəzin həkimləri müalicəyə dərhal başlaya bilər (bəzi hallar istisna olmaqla).

Travma zamanı çiyin aparatının aşağıdakı strukturları zədələnə bilər:

  • əzələlər;
  • vətərlər;
  • bağlar;
  • oynaq kapsulu;
  • oynaq dodağının (sümüyün başlığına hərəkət etməyə kömək edən qığırdaq) səthi.

“Symmetria” mərkəzinin metodikasından istifadəyə əks göstəriş əzələ və ya vətərlərin tam qırılması, oynaq dodağının bəzi travmaları ola bilər.  Bütün digər hallarda biz çiyin ağrısını və çiyin travmasının nəticələrini tezliklə aradan qaldıra bilərik.

Xəstəliyin simptomları və müalicə edilməməsinin nəticələri

Çiyin travmaları zamanı ən çox aşağıdakı şikayətlər müşahidə edilir:

  • çiyində ağrı;
  • çiyin oynağında hərəkətlərin məhdudluğu;
  • dirsəkdə, boyunda uzaq ağrılar;
  • yumşaq toxumaların ödəmi.

Çiyin travması müalicə olunmazsa vaxt keçdikdən sonra çiyin qurşağının əzələləri travmaya məruz qalmış strukturları işə salmadan işləməyi öyrənir.  Bu, hərəkətlərin patoloji stereotipinin yaranmasına gətirir və bunun nəticəsində çiyin strukturlarının qidalanması pozulur və çiyin-kürək periartrozu və ya “donmuş çiyin” sindromu yaranır.

Kineziterapevtlərimizin fikrinə görə istənilən çiyin travması üzərindən bir neçə il keçsə də reabilitasiya edilməlidir.  Çünki travma yaddaşı illərlə çiyin strukturlarından qalır və demək olar ki, bütün hallarda çiynin biomexanikası pozulur.  Zamanla qeyri-adekvat hərəkətlər əzələlərin həddindən artıq yüklənməsinə və toxumalarda distrofik proseslərin inkişafına səbəb olur.

“Symmetria” mərkəzində çiyin travmasının diaqnostikası

“Symmetria” mərkəzinin həkimləri üçün çiyin travmasının diaqnostikası prosesi zədələnmiş strukturların dəqiq müəyyən edilməsi üçün önəmlidir.  Bunun üçün kineziterapevt tam sorğu-sual keçirir, travmanın detallarını, simptomlarını və intensivliyini öyrənir.  Sorğu-sualdan sonra müayinə, toxumaların palpasiyası və aşağıdakı əlavə müayinə metodlarının təyin edilməsi həyata keçirilir:

  • MRT (yumşaq toxumaların müayinəsi üçün);
  • KT və ya rentgenoqrafiya (sümüklərin müayinəsi üçün);
  • onurğanın DIERS 4Dmotion® cihazında optik topoqrafiyası (oynaqların yanlış işinin insan onurğasına təsirinin analizi üçün).

“Symmetria” mərkəzində çiyin travmasının müalicəsi

Tam diaqnostikadan sonra “Symmetria “mərkəzinin kineziterapevti pozğunluqların dəqiq lokalizasiyasını müəyyən edir və hər pasiyent üçün fərdi müalicə planını tərtib edir.  Müalicə çoxfunksiyalı “Symmetria” trenajorunun köməyi ilə keçirilir. Bu trenajor lazımi əzələləri işə salmağa kömək edir.  Hər məşğələdə pasiyentlə hərəkətləri öyrədən və trenajorda işi idarə edən reabilitoloq, ixtisaslı mütəxəssis işləyir.

Məşğələlər zədələnmiş çiyin strukturlarını ağrı və yüklənməyə məruz qoymadan keçirilir.  Trenajorun köməyi ilə zədələrin bərpasını stimullaşdıra bilən əzələlər işə salınır.  Bundan əlavə müalicə kursunun gedişatında biz düzgün hərəkət  biomexanikasını öyrədirik. Bundan sonra distrofik proseslər şəklində özünü biruzə verən təkrar travma və ağırlaşma riskləri əhəmiyyətli dərəcədə azalır.

Simptomların yüngülləşməsi məşğələlərin keçirildiyi ilk həftələrdən sonra müşahidə edilir.  Çiyin travmasından sonra tam reabilitasiya üçün orta hesabla 24-36 məşğələ tələb olunur.  Kiçik travmalar zamanı 12 məşğələ kifayət edə bilər.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.