Çiyin-kürək periartrozu zamanı çiyin ağrıları

Güclü ağrı hiss edirsiniz? Əlinizi qaldıra bilmirsiniz? Dərmanlar əvvəllər kömək edirdi, artıq kömək etmir? “Symmetria” mərkəzinə gəlin! Ağrını, eləcə də onun səbəbini dərmansız necə aradan qaldıracağımızı bilirik. Çiyniniz yeni kimi olacaq!

Çiyin-kürək periartrozu – çiyin oynağının distrofik xəstəliyidir. Xəstəliyin inkişafına çiyin oynağının toxumalarının qidalanmasının pozulması səbəb olur. Xəstəliyin müalicəsi məhz normal trofikanın bərpasına yönəlməlidir.

Çiynin hərəkətində çiyin oynağının yalnız özü deyil, həmçinin çiyinlə kürəyi, körpücük sümüyünü döş sümüyü ilə birləşdirən oynaqlar, kürəyin döş qəfəsinin üzərində hərəkətini təmin edən kürəklə döş qəfəsi arasındakı birləşmə də iştirak edir. Çiynin normal hərəkəti üçün bütün beş birləşmənin düzgün işləməsi tələb olunur.  Əzələlərin işində disbalans zamanı onların qidalanması və innervasiyası pozulur və ağrı sindromu yaranır.

Həmçinin çiyin-kürək artrozunun inkişafına gətirən səbəblər arasında travmaları (hətta köhnə), infeksion prosesləri, bəzən də toksik təsirləri qeyd etmək olar.

Xəstəliyin simptomları

Xəstəliyin əsas simptomu – çiyində ağrıdır.  Çiyin-kürək periartrozu zamanı ağrılar oynağın strukturlarından biri səbəbindən yarana bilər:

  • zədələnmiş əzələlər;
  • çiynin hərəkətində iştirak edən oynaqlardan birinin kapsulları;
  • əzələlərin zədələnmiş vətərləri;
  • oynaq dodağı (sümük başlığının hərəkətini yüngülləşdirən qığırdaq).

Ağrıdan başqa insan əlini qaldıra və belinin arxasına apara bilmir, eləcə də bel əzələlərində bağlılıq, ödəm, əlində zəiflik, keyimə, uzaq ağrılar (boyunda, ənsədə, beldə, əldə) hiss edir.

Çiyin-kürək periartrozu müalicə olunmazsa…

Çiyin-kürək periartrozunu müalicə etmək istəməyən insana çox nadir rast gəlmək olar, çünki adətən əlin ağrısı o qədər intensiv olur ki, hətta ən asan işləri yerinə yetirmək mümkün olmur.  Bu cür hallarda insan adətən iltihabəleyhinə vasitələr qəbul etsə də, bu vasitələr yalnız müvəqqəti təsir göstərir.  Çünki çiyin toxumalarında baş verən distrofik proseslər bitmir.

Müalicə edilmədikdə problem daha da dərinləşir, oynağın kapsulunda yapışma prosesi başlayır, ağrı intensivləşir, hərəkətlilik önəmli dərəcədə məhdudlaşır.  Zamanla əzələlər zəifləyir və çiyin artıq işləmir.  Bu cür dəyişikliklər zamanı travma riski əhəmiyyətli dərəcədə yüksəlir.

“Symmetria” mərkəzində çiyin-kürək periartrozunun diaqnostikası

“Symmetria” tibb mərkəzində diaqnostika əsaslı şəkildə aparılır, çünki kineziterapevt üçün sadəcə diaqnozu qoymaq deyil, xəstəliyin dəqiq səbəbini də tapmaq önəmlidir.  Yalnız dəqiq diaqnoz qoyulduqdan sonra həkim pasiyent üçün məhz lazımi əzələləri işə salan müalicə planını tərtib edir.  Tam diaqnostika mərkəzdə ilk konsultasiya zamanı keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:

  • sorğu-sual (simptomların, onların davam etdiyi müddətin, dayaq-hərəkət aparatının əvvəlki xəstəliklərinin araşdırılması);
  • baxış (vizual qiymətləndirmə və toxumaların palpasiyası);
  • əzələlərin, bağların, oynaqların və çiynin qalan strukturlarının işə salınmasına yönəlik xüsusi funksional testlər;
  • DIERS 4Dmotion® cihazı ilə optik topoqrafiya;
  • əlavə metodlar (USM, rentgen, MRT).

“Symmetriya” mərkəzində çiyin-kürək periartrozunun müalicəsi

Həkim pozğunluqların mövcud olduğu strukturu müəyyən etdikdən sonra xəstəliyin müalicəsini planlaşdırır. Mərkəzdə çoxfunksiyalı “Symmetria” trenajorunda hərəkətlər vasitəsilə həyata keçirilən müalicədən istifadə edilir.  Trenajorun köməyi ilə onlara düzgün hərəkət etməyi öyrətməklə insan bədəninin istənilən əzələ və oynaqlarına təsir edə bilirik.

Dozalı və nişanlı hərəkətlər sayəsində əzələlər öz işini bərpa edir.  Biz faktiki olaraq çiyinə yenidən düzgün hərəkət etməyi öyrədirik ki, toxumaların qidalanması və innervasiyası bərpa olunsun, ödəm, ağrı və qalan simptomlar aradan qalxsın. Çiynin bütün strukturları (əzələlər, vətərlər, bağlar, oynaqlar) ahəng içində işləməyə və hərəkətlərin tam həcmini yerinə yetirməyə başlayır.

Reabilitoloqla keçirilən məşğələlərin artıq ilk həftəsindən sonra ağrı yüngülləşməyə başlayır.  Mütəxəssis tərəfindən pasiyentin hərəkətlərinə tam nəzarət çox irəli getməmiş hallarda 12-24 məşğələ ərzində nəticələr əldə etməyə imkan verir.  Müalicə edən həkim hər üç məşğələdən sonra kontrol keçirir və məşğələlərə elə düzəliş verir ki, müsbət nəticələri mümkün qədər tez əldə etmək mümkün olsun.

 

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizə uyğun olan vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.