Çanaq əyrilikləri zamanı bel ağrıları

“Çanaq əyriliyi” çox qorxulu səslənir, lakin biz hər şeyi necə düzəldəcəyimizi bilirik. Üsdəlik də ağrısız, əməliyyatsız və dərmansız!

Çanaq əyriliyi patologiyası zamanı çanaq sümükləri yanlış vəziyyətdə olur. Bu halda müalicə mütləqdir, çünki çanaq orqanizmdə önəmli funksiyaları yerinə yetirir. Birincisi, bağırsaq, sidik kisəsi və cinsiyyət orqanları kimi önəmli orqanları zədələnmələrdən qoruyur. İkincisi, skeletin ağırlıq mərkəzi qismində çıxış edir, onurğa sütununu və bədənin balansını qoruyur, normal qaməti dəstəkləyir və hərəkət zamanı yükü düzgün paylaşdırmağa kömək edir.

Çanaq əyrilikləri anatomik və funksional olur.  Anatomik çanaq əyrilikləri travma, əməliyyat və ya anadangəlmə inkişaf qüsurları zamanı ayaqlardan birinin qısalması zamanı olur.  Funksional çanaq əyriliklərinin müxtəlif növləri olur:

  1. Əzələ. Aşağı ətrafların aparan və gətirən əzələlərinin hərəkət pozğunluqları səbəbindən yaranır.
  2. Sağrı-qalça birləşməsində hərəkətlərin pozulması zamanı yaranır.
  3. Bağ. Büzdüm və ya oma bağlarının zədələnmələri zamanı yaranır.
  4. Çanağın sərt ilik örtüyünün pozğunluqları zamanı.

Əzələ və oynaqların yanlış hərəkətləri – oturaq işin, müntəzəm fiziki məşğələlərin olmamasının və ya əksinə həddindən artıq fiziki yüklənmənin, hamiləlik və doğuşun, eləcə də çanaq travmalarının nəticəsidir.

Xəstəliyin simptomları

Çanaq əyrilikləri olan xəstələr ən çox aşağıdakı əlamətlərdən şikayət edir:

  • beldə, kiçik çanaqda, ayaqlarda ağrılar;
  • ağrıların büzdümə, aralığa, cinsiyyət orqanlarına yayılması;
  • qamətin pozulması;
  • hərəkətlərin məhdudluğu;
  • sidik-tənasül sisteminin, bağırsağın pozğunluqları;
  • qeyri-sabit yeriş;
  • əzələ spazmaları.

Çanaq əyrilikləri müalicə olunmazsa…

Çanaq əyrilikləri öz özünə keçmir.  Lazımi müalicə aparılmazsa vaxt keçdikcə ağrılar daha da güclənir, əzələ və oynaqların funksiyaları daha da zəifləyir.  Tədricən toxumalarda distrofik dəyişikliklər başlayır, osteoxondroz, çanaq-omba oynaqlarının, baldır-pəncə və pəncə oynaqlarının artrozu yaranır.

“Symmetria” mərkəzinin həkimləri sizə çanaq əyriliyini düzəldərək xoşagəlməz nəticələri aradan qaldırmağa kömək edəcək.  İstənilən situasiyada kineziterapevt fərdi məşğələ planını hazırlayacaq. Bu məşğələlərdən sonra çanaq əyriliyi düzələcək, bel ağrıları və digər xoşagəlməz simptomlar da aradan qalxacaq.

“Symmetria” mərkəzində çanaq əyriliklərinin diaqnostikası

Düzgün diaqnozu müəyyən etmək üçün həkim-kineziterapevt çox-mərhələli konsultasiya keçirəcək.  Birinci mərhələ – sorğu-sualdır.  Həkim pasiyentə simptomlar, şikayətlərin davam etdiyi müddət, ağrıların intensivliyi haqqında ətraflı suallar verəcək, eləcə də həyat anamnezini müəyyən edəcək.  Sonra müayinə, palpasiya (əzələ və oynaqların ağrılı zonalarının əl ilə yoxlanılması) və xüsusi testlər keçirilir.  Bu testlər zamanı həkim sarğı-qalça birləşmələrində pozğunluqların dərəcəsini müəyyən edəcək.

Diaqnostikanın növbəti mərhələsi onurğanın optik topoqrafiyasıdır.  “Symmetria” mərkəzində bu cür müayinə ultra-müasir alman cihazı DIERS 4Dmotion®-da həyata keçirilir.  Ənənəvi rentgenoloji müayinə metodlarından fərqli olaraq cihaz pasiyenti şüaya məruz qoymadan ətraflı videoanaliz keçirir.  Çanağın hərəkət zamanı və ayaqüstdə vəziyyəti  öyrənilir və nəticədə həkim pozğunluqların tam mənzərəsini əldə edir.

“Symmetria” mərkəzində çanaq əyriliklərinin müalicəsi

Çanaq əyriliyini düzəltmək üçün kineziterapevt “Symmetria” trenajorunda məşğələ planını tərtib edir.  Bu trenajor erqonomikliyi və nişanəliliyi ilə fərqlənir. Yəni məşğələlər zamanı yalnız lazımi əzələlər, dozalanmış həcmdə və oynaqları həddindən artıq sıxmadan işləyir.

Hər məşğələ zamanı pasiyent reabilitoloqla təkbətək işləyir və tədricən əzələ disbalansını aradan qaldırmağa kömək edən düzgün hərəkətləri öyrənir. Nəticədə sağrı-qalça oynaqlarının hərəkət həcmi bərpa olunur, sağrı və büzdüm bağlarının üzərindən yük götürülür, qasıq simfizi sabitləşir, onurğa iliyinin sərt qişasının lüzumsuz fırlanması aradan qalxır.  Ağrı artıq ilk məşğələlərdən sonra azalır, tam məşğələ kursundan sonra isə tamamilə aradan qalxır.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizə uyğun olan vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.