Boyun-çiyin sindromu zamanı çiyin ağrıları

Sizi boyun və çiyin ağrısından qurtaracayıq, əzələlərə hərəkətliliyi, sizə isə səhhətinizi və yüksək enerji səviyyəsini qaytaracağıq!

Boyun-çiyin sindromu – boyun və çiyin strukturlarının tərkibindəki sinir sonluqları və damarların əzilməsi zamanı yaranan simptomların toplusudur. Bu sindrom zamanı əsas simptom dözülməz ağrıdır. Xəstəliyi müalicə etmək üçün şikayətlərin tam aradan qaldırılmasına nail olmaqla, səbəbə təsir etmək lazımdır.

Boyun-çiyin sindromunun ilkin səbəbi olaraq oturaq həyat tərzini, kompüterlə iş zamanı başın qaldığı vəziyyət, eləcə də tənəffüsün pozulması, stresslər, yüksək həyəcan və digər emosional amilləri göstərmək olar. Bu amillərin təsiri zamanı boyun əzələləri həddindən artıq yüklənir, yüklənməni kompensasiya edə və boşala bilmir.  Çiyin qovşağının və onurğanın boyun bölməsinin əzələlərinin altında yerləşən sinirlər  sıxılır, çiyin və əl əzələlərinin innervasiyası pisləşir.

İnnervasiyanın pozulması zamanı əl və çiyin əzələləri zəifləyir və öz funksiyalarını tam həcmdə yerinə yetirə bilmir.  Yükü belin trapesiyavarı əzələsinin boyun fəqərələrinə birləşən üst hissəsi kompensasiya etməyə başlayır.  Tədricən bu əzələ “öz” funksiyasını yerinə yetirə bilmədiyinə görə yüklənir. Bu, onurğanın boyun bölməsində funksional bloklara gətirib çıxarır, bu isə çiyin və qolun daha da pis innervasiyasına səbəb olur.  Beləliklə patoloji hərəkət dairəsi yaranır.

Xəstəliyin simptomları

Boyun, çiyin və qolda hiss edilən ağrıdan başqa boyun-çiyin sindromu olan pasiyentlərdə aşağıdakı simptomlar da hiss olunur:

  • əzələlərin zəifliyi, hərəkətliliyin məhdudluğu;
  • boyun və qolda həssaslığın pozulması;
  • arterial təzyiqin pozğunluqları;
  • ürəkdə ağrılar;
  • baş ağrıları;
  • başgicəllənmələr.

Boyun-çiyin sindromu müalicə olunmazsa…

Müalicə edilməmiş boyun-çiyin sindromu vəziyyətin pisləşməsinə və simptomların ağırlaşmasına gətirir. Tədricən əzələlərin zəifliyi daha da çoxalır, həssaslıq daha da ağırlaşır və vegeto-damar pozğunluqlar başlayır. Xəstəlik inkişaf etdikcə pasiyentlərdə aşağıdakı xəstəliklər yaranır:

  • tənəffüsün pozulması;
  • ürək ritminin pozulması;
  • tərləmə;
  • zəiflik;
  • qulaqda səs;
  • həddən artıq tərləmə;
  • emosional vəziyyətin pozulması (panik ataklar)
  • daxili orqanların işində pozğunluqlar

Düzgün müalicə bu cür xoşagəlməz nəticələrə yol verməməyə və xoşagəlməz simptomları aradan qaldırmağa kömək edəcək.

“Symmetria” mərkəzində boyun-çiyin sindromunun diaqnostikası

Xəstəliyin diaqnostikası pasiyentin sorğu-sual edilməsindən başlayır.  Həkim simptomları müəyyən edir, onların yaranmasının bütün təfərrüatlarını və müddətini öyrənir.  Növbəti mərhələ – müayinədir. Həkim onurğanın, oynaqların palpasiyasını keçirir, onurğanın funksional bloklarını müəyyən edir.

“Symmetria” mərkəzinin kineziterapevtləri üçün boyun-çiyin sindromunun diaqnostikasında ən əsas məqam statika və dinamikada funksional pozğunluqların müəyyən edilməsidir.  Bunun üçün həkim pasiyentdən boyun və çiyinlə bir neçə hərəkət etməyi xahiş edir.  Əlavə olaraq MRT və funksional rentgenoqrafiya kimi diaqnostika metodlarından istifadə olunur.

“Symmetria” mərkəzində boyun-çiyin sindromunun müalicəsi

“Symmetria” mərkəzində xəstəliyin müalicəsi çoxfunksiyalı “Symmetria” trenajorundan istifadə vasitəsilə həyata keçirilir.  Bu trenajor insan fiziologiyasının nəzərə alınması ilə hazırlanıb, əzələ və oynaqların işində pozğunluqları olan istənilən pasiyent üçün fərdi müalicə planlarını tərtib etməyə kömək edir. Boyun-çiyin sindromu zamanı həkimin və reabilitoloqun əsas vəzifəsi patoloji hərəkət dairəsini qırmağa kömək etməkdir.

Bunun üçün, trenajorda tədrici və ardıcıl işin köməyi ilə biz yüklənmiş əzələləri boşaldırıq.  Əzələlər boşaldıqdan sonra qol və çiynin innervasiyası bərpa olunmağa başlayır və sinirlərin sıxılması səbəbindən zərər görmüş əzələlərin funksiyaları bərpa olunur.  İnnervasiyanın, qan təchizatının və əzələ funksiyasının bərpasından sonra trenajor reabilitoloqa onurğanın boyun bölməsində və çiyində hərəkətlərin düzgün biomexanikasını pasiyentə öyrətməyə kömək edir.

Trenajorda həyata keçirilən sistematik iş  12-24 məşğələ ərzində funksiyaları bərpa etməyə  və problemi aradan qaldırmağa imkan verir.  Bu zaman ağrının əhəmiyyətli dərəcədə azalması məşğələlərin ilk iki həftəsindən sonra hiss olunur.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizə uyğun olan vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.