Osteoxondroz zamanı bel ağrıları

Bel ağrıları – qocalıq demək və ya bir hökm deyil! Sizə öz bədəninizi idarə etməyi öyrədəcəyik ki, ağrılar sizi artıq narahat etməsin.

Osteoxondroz – distrofik proseslər səbəbindən yaranan onurğa xəstəliyidir.  Distrofiya qidalanmanın pisləşməsinə deyilir, bu halda – onurğanın şöbələrindəki qidalanmanın. Bu xəstəliyin “Simmetriya” mərkəzində müalicəsi – səbəbin aradan qaldırılmasından və toxumaların qidalanmasının bərpa edilməsindən ibarətdir.

Osteoxondrozun yaranmasına səbəb olan əsas amil – onurğanın yanlış hərəkətləridir. Müasir insanlar əksər hallarda aktiv həyat tərzi sürmür, idmanla az məşğul olur, düz qamətə sahib olmur, oturaq işdə işləyir. Bu səbəblərdən patoloji mexanizm işə düşür.

Yanlış hərəkətlər bir əzələlərin yüklənməsinə, digərlərinin isə kifayət qədər yük almamasına gətirib çıxarır. Əzələlərin həddindən artıq yüklənməsi səbəbindən oynaqlar da yüklənir, bu isə tez və ya gec onurğada funksional blokların yaranmasına, qan dövranının və innervasiyanın pisləşməsinə, ağrıların və digər şikayətlərin yaranmasına səbəb olur.

Xəstəliyin simptomları

Bir çox hallarda asteoxondrozu olan pasiyentlər fiziki iş zamanı beldə daha da güclənən əzələ və oynaq ağrılarından şikayət edir. Həmçinin çox rast gəlinən şikayətlər arasında aşağıdakılar da qeyd olunur:

  • hərəkətlərin məhdudluğu;
  • baş ağrısı;
  • yumşaq toxumalarda ödəm;
  • həssaslığın pozulması (beldə, əllərdə, ayaqlarda keyimə);
  • uzaq ağrılar – ürəkdə, qarında, çanaqda, ətraflarda;
  • reflekslərin pozulması.

Osteoxondrozu müalicə etməmək olarmı

Osteoxondroz müalicə olunmazsa vəziyyət yaxşılaşmaz, çünki distrofik dəyişikliklər öz-özünə aradan qalxmır. Zamanla xəstəlik daha da irəliləyir, simptomlar artır, onurğanın hərəkətliliyi əhəmiyyətli dərəcədə azalır. Ağrılar xroniki hal alır və hər bir kəskin hərəkət zamanı yaranır.

Xəstəlik irəlilədikcə sinirlər və damarlar daha da əziyyət çəkir, bu isə daxili orqanların (MBT, sidik-tənasül sistemi, tənəffüs sistemi) işinə təsir edir. Oynaqların trofikasının pozulması onların bitişməsinə – ankiloza səbəb olur. Bu zaman müalicənin müddəti birbaşa olaraq xəstəliyin davam etdiyi müddətdən asılıdır. Və yalnız vaxtında qoyulan diaqnoz səbəb amillərini tezliklə aradan qaldırmağa və insana sağlamlığını qaytarmağa kömək edir.

“Simmetriya” mərkəzində osteoxondrozun diaqnostikası

“Simmetriya” mərkəzində diaqnostika bir neçə mərhələdən ibarətdir və təcrübəli həkim-kineziterapevt tərəfindən keçirilir:

  1. Şikayətlərin, anamnezin toplanılması.
  2. Həkim onurğa və oynaqlarda hərəkətliliyin pozulub-pozulmadığını, qamətin və yumşaq toxumaların vəziyyətini öyrənmək üçün müayinə keçirmir.
  3. Onurğanın optik topoqrafiyası. Almaniyanın DIERS 4Dmotion® cihazı ilə keçirilir. Unikal aparat onurğanın vəziyyətini, yerişin və insan qamətinin xüsusiyyətlərini tam qiymətləndirməyə imkan verir. Cihaz tam təhlükəsizdir, çünki şüalanmadan deyil, videoanalizdən istifadə edir.
  4. Zəruri hallarda əlavə müayinə metodları (rentgenoqrafiya, MRT, KT) tətbiq edilir.

Diaqnozun tam müəyyən edilməsindən sonra həkim pasiyent üçün fərdi müalicə sxemini tərtib edir. Fərdi sxem məhz pasiyentin problemini mümkün qədər tez və effektiv həll etməyə imkan verir.

“Simmetriya” mərkəzində osteoxondrozun müalicəsi

Klinikamızda osteoxondrozun müalicə taktikası patoloji prosesin inkişafına səbəb olmuş amillərin tam aradan qaldırılmasının üzərində qurulur.  Yalnız bu yol ilə funksional pozğunluqların qarşısını almaq, normal qaməti və onurğanın hərəkətliliyini bərpa etmək mümkündür. Müalicə çoxfunksiyalı “Simmetriya” trenajorunda həyata keçirilir.

Trenajorumuz erqonomikdir və insan fiziologiyasının nəzərə alınması ilə işləyir. Trenajorun köməyi ilə pasiyent yalnız lazım olan əzələləri işə cəlb edə bilir, bu zaman bütün hərəkətləri yerinə yetirmək asanlaşır və bunun üçün artıq güc sərf etmək tələb olunmur. Bundan əlavə trenajor oynaqları artıq yükə məruz qoymur.

Hər məşğələdə pasiyent təcrübəli reabilitoloqla təkbətək işləyir. Sonuncunun vəzifələrinə yalnız trenajorda düzgün hərəkətləri yerinə yetirməyi öyrətmək deyil, həmçinin pasiyentdə psixoloji dəstək vermək, onu, hərəkət qarşısında qorxudan azad etmək daxildir. Müalicə edən həkim, bütün müalicə prosesinə nəzarət edir və hər həftə onurğanın müayinəsini və DIERS 4Dmotion® ilə topoqrafiyasını keçirir. Zəruri hallarda müsbət nəticələr əldə etmək üçün  həkim müalicə planına düzəlişlər edir.

İlk üç seansdan sonra pasiyentlərimiz ağrının əhəmiyyətli dərəcədə azaldığını qeyd edir və bu cür dinamika bütün kurs ərzində davam edir. Müalicə başa çatdıqdan sonra xəstə bel ağrılarını həmişəlik unudur və özünü heç vaxt olmadığı kimi hərəkətli və enerjili hiss edir!

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.