Yırtıq zamanı bel ağrıları

Belinizdə daima ağrılar hiss etməyinizə baxmayaraq mütəxxəssislərə müraciət edib onlardan çox güman ki, əməliyyata göstəriş almaqdan qorxursunuz? Qorxmayın, sizi əməliyyatsız və dərmansız ağrıdan qurtarmağın yolunu bilirik!

Onurğa yırtığı – fəqərələrarası diskin (nüvənin) onu əhatə edən fibroz halqadan kənara çıxmasıdır.  Hesab edilir ki, bu ağrılı situasiyadan ən əlverişli çıxış yolu ovuc-ovuc dərman qəbul etmək, sonra isə əməliyyata getməkdir.  Lakin bu radikal metodlara əl atmadan da “Simmetriya” tibb mərkəzlərində kineziterapiyanın yolu ilə müalicəyə müraciət emək mümkündür.

Fəqərələrarası yırtıq toxumaların distrofiyası və ya kifayət qədər qidalanmaması (trofikası) səbəbindən yaranır.  Sağlam insanın fəqərələrarası diski kəskin hərəkətlərin amortizatoru rolunu oynayır ki, onurğanın bütün strukturunun zədələnməsinin qarısını almaq mümkün olsun.  Disk kapsuldan (fibroz halqadan) və yüklənmə zamanı sıxılan və amortizator funksiyasını yerinə yetirən gelvarı nüvədən ibarətdir.

Qeyri-sağlam və az hərəkətli həyat tərzi və orqanizmin susuzlaşması nəticəsində gelvarı nüvə öz xüsusiyyətlərini itirir.  Fəqərələrarası disk elastikliyini itirməyə başlayır, üzərində zədələr yaranır.

Kapsul zədələndikdə nüvə, insan bədəninin təbii təzyiqi altında bayıra çıxır.  Beləliklə də ətraf damarları və sinirləri sıxır və ağrıya səbəb olur.

Xəstəliyin əlamətləri

Fəqərələrarası yırtığın səciyyəvi simptomları:

  • ətraflara, sağrıya və çiyinə vuran bel ağrıları;
  • hərəkətliliyin azalması;
  • əzələ spazmları və qıcolmaları;
  • ətraf toxumaların ödəmi;
  • daxili orqanların (MBT, sidik-tənasül sistemi, ürək) işinin dəyişməsi;
  • zədələnmiş nahiyədə keyimə, sancı;
  • baş ağrıları;
  • başgicəllənmələr.

Fəqərələrarası yırtıq nəyə görə müalicə edilməli?

Yırtıq müalicə edilməzsə ağrı əlamətləri güclənir, əlavə əlamətlər yaranır.  Ağrı səbəbindən bir əzələlərin hərəkəti məhdudlaşır, digərlərinin yükü isə çoxalır.  Buna patoloji mexanika deyirlər. Patoloji mexanika daxili orqanların funksiyalarının pozulmasına, qamətin, yerişin dəyişməsinə, ağrıların güclənməsinə, həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olur.

Fizioloji səviyyədə fəqərələrarası diskin deqradasiyası, bitişmələrin, çapıqların yaranması, və nəticədə onurğa beyni kanalının daralması baş verir.  Bu, hərəkətliliyin məhdudlaşmasına, vəzi əzələlərin atrofiyasına, oynaqlarda iltihablanmaya səbəb ola bilər.  “Simmetriya” mərkəzlərinə müraciət vaxtından sağalmayadək müddətlər xəstəliyin mövcud olma müddətindən və əzələlərin və ətraf əzələlərin ümumi vəziyyətindən asılıdır.

“Simmetriya” mərkəzində bel xəstəliklərinin diaqnostikası

Təcrübəli həkim-kineziterapevt diaqnostikanı bir neçə mərhələdə keçirir:
1.       Pasiyentə suallar verir, xəstəliyin və simptomların yaranmasına dairməlumatları öyrənir.
2.       Pasiyentin müayinəsi: onurğa, əzələr və ətraf toxumalar, oynaqlar.
3. Funksional vəziyyətlə əlaqədar testlər.
4.       Onurğanın DIERS 4Dmotion® cihazında optik topoqrafiyası;
5.       Pasiyent tərəfindən təqdim edilən müayinə nəticələri daxil olmaqla əlavə tədqiqat metodları (rentgen, MRT).
Bu cür tam müayinədən sonra mütəxəssis kineziterapevt müalicə təyin edir və təfərrüatlı plan tərtib edir, onu pasiyentlə müzakirə edir.

“Simmetriya” mərkəzində fəqərələr arası yırtıqların müalicəsi

Pasiyent üçün müalicə proqramı tərtib edildikdə  mütəxəssislərimiz fərdi xüsusiyyətlərdən və pozğunluqların ilkin yaranma səbəblərindən uzaqlaşırlar.  Kineziterapiya metodikası hərəkətlə müalicəyə əsaslanır (yunan dilindən kinesis sözündən – hərəkət). Bu metoddan uzunmüddətli istifadə təcrübəsi göstərir ki, əksər hallarda dərmansız və cərrahi müdaxiləyə əl atmadan da müalicə etmək mümkündür. Cərrahi müdaxilə nadir hallarda, əzələlərin iflici və ya güclü ağrılar zamanı həyata keçirilir. Bu zaman təcili olaraq yardım üçün müraciət etmək tələb olunur.

Bütün digər hallarda fəqərələrarası yırtıq zamanı yaranan bel ağrıları “Simmetriya” trenajorunda 2-3 ay ərzində məşğələlər zamanı müalicə olunur.

Trenajorun konstruksiyası uşaqlar və yaşlı insanlar üçün nəzərdə tutulub. Məşğələlərin yerinə yetirilməsi zamanı pasiyentin məruz qaldığı yük fiziki parametrlərdən irəli gələrək fərdi olaraq seçilir. Bütün hərəkətlər hədsiz yüklənməyə məruz qalmadan məntiqi və yumşaq şəkildə həyata keçirilir.

Müalicə kursu zamanı məşğələlərin pasiyentlə fərdi olaraq keçiriləcəyinə zəmanət veririk.  Beləliklə pasiyent tam olaraq diqqət mərkəzində olur.  Kineziterapevt hərəkətlərin düzgün yerinə yetirilməsinə nəzarət edir, onlara düzəliş edir, daha yaxşı uyğunlaşmağa  və qeyri-adi fəaliyyət növündə dair qorxunu azaltmağa kömək edir.  Adətən ağrı müalicəyə başladıqdan sonra iki həftə ərzində əhəmiyyətli dərəcədə azalır.

Müalicənin gedişatına nəzarət etmək üçün həftəlik müayinələr və optik topoqrafiya keçirilir.  Sistemli terapiyanın tam kursu tam sağalmaya səbəb olur, bunun sayəsndə toxumaların qidalanması (trofikası) bərpa olunur, fəqərələr arası və kapsulu normaya qayıdır.  “Simmetriya” tibb mərkəzlərinin mütəxəssislərinin işi sayəsində siz əməliyyatlara məruz qalmadan və dərman içmədən ağrıdan qurtula bilərsiniz! Konsultasiyaya aşağıdakı qaydada yazıla bilərsiniz:

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.