Bağ və menisk travmaları zamanı diz ağrıları

Travmanı müalicə etmək üçün dizi sadəcə rahat saxlamalı olduğunuzu düşünürsünüz? Yanılırsınız! Statistikaya əsasən diz travmalarının təxminən 60%-i artroza gətirib çıxarır. Lakin biz bunun öhdəsindən necə gələ biləcəyimizi bilirik!

Diz oynağının travmaları – həm idmançılar arasında, həm də insanın məişət həyatında geniş yayılmış problemdir. Futbol oynayarkən və ya xizək sürərkən diz bağlarını və ya menisklərini zədələmək mümkündür. Bəzən isə sadəcə qışda buzun üstündə sürüşüb ciddi travma almaq olur. Xəstəliyin müalicəsi zədələnmə dərəcəsindən asılıdır. Bəzən oynağın müəyyən müddət ərzində immobilizasiya edilməsi kifayət edir, lakin əməliyyatın tələb olunduğu hallar da mövcud ola bilər.

“Symmetria” mərkəzi diz oynağının travmalarından sonra bərpaedici müalicə ilə məşğul olur.  Bir çox hallarda travma zamanı bağ aparatı (xaçvarı və yan bağlar) və ya menisk zədələnir.  Menisk – qığırdağın  oma və qaval sümükləri  arasında yerləşən xüsusi nahiyəsidir.  Əsas vəzifəsi – sümüklərin qığırdaq səthlərinin uyğunluğunu təmin etməkdir.

Menisklər həmçinin yüklənmə zamanı amortizator qismində  çıxış edir və hərəkətlər zamanı diz oynağını sabitləşdirir.  Hərəkət zamanı ayaqlar da hərəkət edir. Travma zamanı isə onların biomexanikası pozulur, menisk cismi zədələnir, ağrı və hərəkət məhdudiyyəti yaranır.

Bağ  və menisk travmasının simptomaları

Diz oynağının bağ və menisklərinin zədələnməsi özünü aşağıdakı simptomlarla biruzə verir:

  • dizdə aşkar ağrı;
  • hərəkətlərin məhdudluğu;
  • hərəkət zamanı dizdə şaqqıltı;
  • ödəm.

Bağ və menisk travmaları müalicə olunmazsa…

Bağ və menisk travmalarının müalicəsi həkim-travmatoloq tərəfindən həyata keçirilir.  Xüsusilə də bağların qırılması, menisklərin zədələnməsi, sınıq və çıxıqlar zamanı.  Bu cür hallarda dizin artroskopik əməliyyatı və ammobilizasiya tələb oluna bilər.  Mərkəzimizdə travmalardan sonra dizin reabilitasiyası keçirilir.

Diz oynaqlarının travmalarının əsas problemi 60% hallarda artrozun yaranmasıdır.  Diz strukturlarının zədələnməsi zamanı müvafiq müalicə keçirilsə də mərkəzi sinir sistemi travma haqqında yaddaşı çox uzun müddət ərzində qoruyur.  Gələcəkdə dizin təkrar zədələnməsinin qarşısını almaq üçün insan beyni oynağın təbiətlə nəzərdə tutulmuş biomexanikasını pozaraq hərəkətləri dəyişdirir.

Biomexanikanın pozulması  tədricən distrofik proseslərin yaranmasına və diz oynağının artrozuna gətirib çıxarır.  Bu hərəkətliliyin məhdudlaşmasına, ağrıya, onurğaya və digər oynaqların işinin pozulmasına səbəb olur.  Bu səbəbdən “Symmetria” mərkəzinin kineziterapevtləri diz oynağının hətta köhnə travmalarından sonra da reabilitasiya keçirməyi tövsiyə edir.

“Symmetria” mərkəzində bağ və menisk travmalarının diaqnostikası

Diz oynağının travmasından sonra fərdi reabilitasiya planı tərtib edilmədən əvvəl mərkəzin kineziterapevti diaqnostika keçirir. Sorğu-sual zamanı travmanın detallarını, keçirilən müalicənin xüsusiyyətlərini, şikayətləri və həyat anamnezini öyrəndikdən sonra həkim müayinə keçirir.  Baxış zamanı mütəxəssis yumşaq toxumaları əl ilə yoxlayır, bağların sabitliyinə və menisklərin vəziyyətinə dair ortopedik sınaqlar keçirir.

Həmçinin oynağın vəziyyətinin öyrənilməsi üçün MRT və rentgenoqrafiya nəticələri təhlil edilir, onurğanın optik topoqrafiyası keçirilir.  Optik topoqrafiya onurğa və ayaqların vəziyyətinin analizi, yeriş zamanı diz oynaqlarının pozğunluqlarının aşkar edilməsi üçün keçirilir.

“Symmetria” mərkəzində bağ və menisk travmalarının müalicəsi

Diz oynağının travmadan sonra düzgün reabilitasiyası diz oynağında düzgün hərəkətlərin tam həcminin bərpasından ibarətdir.  Biz bunu çoxfunksiyalı “Symmetria” trenajorunun köməyi ilə edirik.  Bu trenajor xüsusilə insan orqanizminin əzələləri ilə iş üçün nəzərdə tutulub, onun köməyi ilə biz oynaqların üzərindən yükü götürən və onları stabilləşdirən əzələləri işə cəlb edirik.

Oynaqyanı əzələlərin tonusu sistematik iş zamanı artır, bu, diz strukturlarının qidalanmasını yaxşılaşdırır və qığırdaq bərpa olunur.  Tam müalicə kursundan sonra əzələlər düzgün biomexanikaya riayət etməklə hərəkət edir, oynaq problemsiz işləyir, ağır və hərəkətlərin məhdudluğuna dair şikayətlər aradan qalxır.

Biz pasiyentin, reabilitoloqun və kineziterapevtin birgə işi sayəsində maksimal effektiv nəticələr əldə edirik. Hər məşğələdə təcrübəli mütəxəssis pasiyentin hərəkətlərini idarə edir, ona trenajorda işləməyə kömək edir və psixoloji dəstək göstərir.  Müalicə edən həkim isə həftəlik baxışlar keçirir, dinamikanı analiz edir və zəruri hallarda müalicə planına düzəlişlər edir.

 

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.