Atlant-ənsə qovşağının blokları zamanı boyun ağrıları

Başınızı çevirə və ya boynunuzu əyə bilmirsiniz? Ağrı və ya narahatlıq hiss edirsiniz? Amma biz sizə kömək edə bilərik! “Simmetriya” mərkəzinə konsultasiyaya yazılın və həkimlərimiz problemi aradan qaldıracaq.

Atlant-ənsə birləşməsi – başı onurğa ilə birləşdirən oynaqdır. Ənsə sümüyündən və atlant adlandırılan birinci boyun fəqərəsindən ibarətdir. Oynaq başın önə və arxaya hərəkətlərinə (əymə və qaldırma), eləcə də başın sola və sağa hərəkətlərinə görə cavab verir. Bu səbəbdən, b oynaqda funksional blok yarandıqda hərəkətlər əhəmiyyətli dərəcədə məhdudlaşır və insan ağrı hiss etməyə başlayır. Bu halda xəstəliyin müalicəsi blokun aradan qaldırılmasından və baş və boynun hərəkət həcminin bərpa edilməsindən ibarət olmalıdır.

Oynaqdan başqa baş və boynun hərəkətlərində əzələlər də iştirak edir.  Və xoşagəlməz amillərin təsiri altında bu əzələlər yükü artıq kompensasiya etmir və yığıldıqdan sonra dartına bilmir. Beyin zəif əzələləri qorumaq üçün həmin nahiyədə hərəkətləri bloklamaq qərarını alır.

Atlant-ənsə qovşağında funksional blokların yaranmasına səbəb olan amillər aşağıdakılardır:

  • başın məcburi vəziyyəti (məs., oturaq iş zamanı baş daima önə doğru çıxmış olur və boyun əzələləri onu saxlamaq üçün hddindən artıq gərgin olur);
  • emosiyalar (qorxu, qəzəb, qıcıqlanma, həyəcan kimi hisslər əzələlərin həddindən artıq gərilməsinə səbəb olur);
  • stomatoloji qüsurlar (dişlərin olmaması, dişləmdə pozğunluqlar, gicgah-aşağı əng öynağının disfunksiyası, yaş la əlaqədar dəyişikliklər).

Xəstəliyin simptomları

Atlant-ənsə qovşağının funksional blokları olan pasiyentlər başın önə-arxaya və sağa-sola hərəkətləri zamanı güclənən boyun ağrılarından şikayət edir.  Bir çox hallarda hərəkətlərin həcmi azalmış olur və ya insan hər-hansı hərəkəti ümumiyyətlə edə bilmir. Bir çox hallarda boyunduruq venası zərər görür və beyindən qan axını pozulur.  Həmçinin ənsə siniri də sıxılır, bu səbəbdən ənsədə güclü ağrılardan şikayətlər yaranır.

Atlant-ənsə bloku zamanı azan sinirin əzilməsi döş qəfəsi və qarın boşluğu orqanlarının innervasiyasının pozulmasına səbəb olur.  Bu zaman həzm və tənəffüs pozğunluqlarından şikayətlər yaranır.  Çiyin strukturlarının innervasiyasına görə cavab verən XI kəllə sinirinin kompressiyası bir çiynin düşməsinə və əyilməyə səbəb olur.

Atlant-ənsə birləşəmələsinin blokları müalicə olunmazsa…

Atlant-ənsə birləşməsində hərəkətlərin bloklanması səbəbindən yük onurğanın boyun bölməsinin aşağıdakı fəqərələrinə keçir.  Bu seqmentdə artıq yük boyun fəqərələrinin qeyri-sabitliyinə və onların xətti sürüşməsinə səbəb olur.  Sürüşmə səbəbindən həmin nahiyədən keçən damar və sinirlər də travma alır.

Damar və sinirlərin uzunmüddətli kompressiyası toxumalarda distrofik prosesə səbəb olur, bu isə osteoxondrozun, protruziyaların və onurğa yırtıqlarının əsas səbəbidir.  Bu xəstəliklər ağrıdan, hərəkətlərin məhdudlaşmasından və daxili orqanların işinin pozulmasından daha çox şikayətlərə səbəb olur.  Funksional blok vaxtında aradan qaldırılarsa xoşagəlməz nəticələrdən qurtulmaq mümkündür.

“Simmetriya” mərkəzində atlant-ənsə birləşməsinin bloklarının diaqnostikası

Onurğanın boyun bölməsində pozğunluqların diaqnostikası müəyyən mərhələlərdən ibarətdir:

  1. Sorğu-sual. Kineziterapevt pasiyentin şikayətləri haqqında, yalnız boyun ağrıları deyil, həmçinin daxili orqanların işi və həyat anamnezi haqqında mümkün qədər ətraflı məlumat almalıdır.
  2. Vizual baxış və palpasiya. Həkim ödəmin mövcudluğunu qeyd edəcək, əl ilə yoxlama zamanı yumşaq toxumaların və oynaqların vəziyyətini analiz edəcək.
  3. Funksional testlər. Hərəkətlərin məhdudluq dərəcəsini göstərəcək.
  4. Boyun və baş damarlarının ultrasəs dopleroqrafiyası.

Keyfiyyətli diaqnostikanın səbəbi yalnız diaqnozu müəyyən etmək deyil. Dəqiq problemi və səbəbini bilərək, mərkəzin kineziterapevti məhz pasiyentə uyğun olan terapiya sxemini hazırlayır.

“Simmetriya” mərkəzində atlant-ənsə birləşməsinin bloklarının müalicəsi

Müalicə “Simmetriya” trenajorunda həyata keçirilir.  Bu çoxfunksiyalı trenajor mərkəzimizin ulduzudur! Onurğanın işində istənilən pozğunluqları aradan qaldırmağa kömək edir.  Nə əməliyyatlara, nə də dərmanlara ehtiyac qalmır.  Trenajor insan fiziologiyası və anatomiyasının nəzərə alınması ilə xüsusilə “Simmetriya” mərkəzi üçün yaradılmışdır.

Trenajorda məşğələlər kursu həkim-kineziterapevt tərəfindən tərtib edilir, hərəkətlərin düzgün yerinə yetirilməsinə isə reabilitoloq nəzarət edir.  Bu mütəxəssis hər məşğələdə pasiyentin yanında olur, psixoloji dəstək göstərir və hərəkətləri elə korreksiya edir ki, onlar əzələlərə hədsiz yük və ağrı verməsin. Məşğələlərin artıq ilk həftələrindən etibarən pasiyent özünü əhəmiyyətli dərəcədə yüngül hiss edir, ağrılar azalır, hərəkətlər isə tədricən bərpa olunur.

Müalicə kursu zamanı boyun əzələləri işə cəlb olunmur.  Beləliklə biz lüzumsuz travma və ağırlaşma risklərini azaldırıq.  Atlant-ənsə qovşağının funksional blokları baş əymə əzələlərinin vasitəsilə aradan qaldırılır.  Bu zaman əzələlərin  tonusu yüksəlir, baş və boyun hərəkətləri bərpa olunur, zədələnmə nahiyəsində qan dövranı və innervasiya normaya düşür.  Əlavə müalicə qismində klinikada müalicəvi masaj həyata keçirilir.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizin üçün rahat vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.