Artroz zamanı bud-çanaq oynağında ağrılar

Bud-çanaq oynağındakı problemlərin hər zaman protezin qoyulmasına səbəb olduğunu eşitmisiniz? Amma bizim mərkəzdə biz bu fikirlə razı deyilik! Sizə əməliyyatsız və dərmansız necə yardım edəcəyimizi bilirik!

Bud-çanaq oynağının artrozu və ya koksartroz – qığırdaq və sümük toxumasının dağıldığı distrofik xəstəlikdir. Xəstəliyin əsasını qığırdaq toxumasının qidalanmasının pozulması təşkil edir, vaxt keçdikcə bu qığırdaq strukturunun zədələnməsinə səbəb olur. “Symmetria” mərkəzində xəstəliyin müalicəsi toxumaların normal trofikasının sürətli bərpasına və ağırlaşmaların qarşısının alınmasına yönəlib.

Bud-çanaq oynağının artrozunun yaranmasına gətirən səbəblər arasında ən çox aşağıdakılara rast gəlmək olur:

  • hədsiz fiziki iş;
  • fiziki məşğələlərin yerinə yetirilməsinin yanlış texnikası;
  • travmalar;
  • onurğanın bel şöbəsinin xəstəlikləri (osteoxondroz, yırtıq, funksional bloklar);
  • əzələ tonusunun pozulması;
  • daxili orqanların patologiyaları;
  • infeksiyalar;
  • autoimmun xəstəliklər.

Yuxarıda sadalanan proseslər bud-çanaq oynağına yaxın olan əzələ və bağları əhatə edir.  Disbalans səbəbindən bud sümüyünün başlığı hərəkətlər zamanı çanaq sümüyünün çuxuruna ilişir.  Başlığın və çanaq sümüyü çuxurunun səthi süngər kimi qidalanan qığırdaq toxuması ilə örtülüdür (sıxıldıqda qığırdaq sinovial maye ifraz edir, düzləndikdə isə yeni porsiyanı hopur).  Qığırdağın daima sıxılması baş verdikdə qidalanma azalır və bu, tezliklə toxumaların dağılmasına gətirib çıxarır.

Xəstəliyin simptomları

Bud-çanaq oynağının artrozu zamanı əsas şikayətlər:

  • hərəkət zamanı və rahat vəziyyətdə oynaq proyeksiyasında ağrı;
  • qasıqda, sağrıda, dizdə uzaq ağrılar;
  • oynağın hərəkətliliyinin məhdudlaşması (xəstəliyin mərhələsindən asılı olaraq ilk öncə çanağın düzlənməsi, daxili fırlanması, xarici fırlanması və nəhayət, yığılması pozulur).

Bud-çanaq oynağının artrozu müalicə olunmazsa…

Artroz – irəliləyən xəstəlikdir.  Bud-çanaq oynağında isə kifayət qədər sürətlə inkişaf edir.  Dəyişiklik başladıqdan sonra cəmi bir il ərzində xəstəlik yarana bilər.  Bir neçə il ərzində dərin artroz yaranır, çanaq sümüyünün başlığının forması dəyişir, sümük toxuması bərkiyir, birləşir, osteoartroz yaranır.

Proses çanaq arteriyasını da cəlb etdikdə və qan təchizatı pozulduqda sümüyün iflic tipli ölgünləşməsi baş verir.  Müalicə olunmamış artroz ankiloza (sümük səthlərinin birləşməsinə) və oynağın tam hərəkətsizliyinə gətirir.

“Symmetria” mərkəzində bud-çanaq oynağının artrozunun diaqnostikası

Şikayətlərin dəqiq səbəbinin aşkar edilməsi üçün mərkəzin kineziterapevti bir neçə mərhələdən ibarət diaqnostika keçirir.  İlk öncə o, pasiyentə suallar verir və sonra müayinə keçirir.  Müayinə zamanı o, bud-çanaq oynağında hərəkət pozğunluqlarını aşkar edir, palpasiya köməyi ilə ağrı mənbəyini tapır.  Oynağın hərəkətliliyində məhdudiyyət dərəcəsini başa düşmək üçün mütləq funksional testlər keçiriləcək.

Növbəti mərhələ  – onurğanın xüsusi cihaz vasitəsilə optik topoqrafiyasıdır.  Diaqnostikada istifadə etdiyimiz DIERS 4Dmotion® alman cihazı  – müasir və təhlükəsiz yardımçıdır.  Cihaz videoanaliz köməyi ilə işləyir və bizə bud-çanaq oynağındakı hərəkətləri müəyyən etməyə və yerişdə baş verən pozğunluqları aşkar etməyə kömək edir.  Son diaqnoz  həkim tərəfindən rentgenoqrafiya və MRT rəsmlərinin analizindən sonra təsdiq edilir.

“Symmetria” mərkəzində bud-çanaq oynağının artrozunun müalicəsi

Mərkəzin mütəxəssisləri koksartrozu olan pasiyentlərə tez, əməliyyatsız, iynəsiz və dərmansız sağalmağa kömək edən metodikanı hazırlayıb.  Biz yalnız xüsusilə mərkəzimiz üçün yaradılmış çoxfunksiyalı “Symmetria”  trenajorunda işləyirik. Trenajorda yerinə yetirilən hərəkətlər bud-çanaq oynağının hərəkətində və nəticədə normal yerişin bərpasında iştirak edən əzələlərin işinin normallaşmasına yönəlib.

Bud-çanaq oynağının artrozu zamanı oynaq hər zaman daimi təzyiq altında olur, trenajorumuz isə əzələnin düzgün işi hesabına dekompressiyanı həyata keçirməyə imkan verir.  Trenajorda işləyərkən əzələlər tezliklə tonusa gəlir, düzgün hərəkət etməyə başlayır və oynağı düzgün biomexanikaya riayət etməyə məcbur edir.

Koksartrozun ilkin mərhələlərində unikal metodikamız ağrınızı tezliklə aradan qaldırmaq və oynağın hərəkətliliyini bərpa etmək imkanını verir.  Bu cür müalicə kursundan sonra oynaq tam problemsiz, yeni kimi işləyir.  Pasiyentlərimiz adət etdikləri həyat tərzinə, xizək və tennis daxil olmaqla istənilən idman növlərinə qayıdır!

Oynağın endoprotezlənməsinin artıq qaçılmaz olduğu irəliləmiş mərhələlərdə də kömək edə bilərik! Biz bu cür pasiyentlər üçün əməliyyatöncəsi hazırlıq və əməliyyatsonrası reabilitasiya keçirik. Bu, yerişi tezliklə bərpa etməyə, qoltuq ağaclarından, əsalardan istifadə müddətini azaltmağa və əmək qabiliyyətinin qaytarılmasını sürətləndirməyə imkan verir.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizə uyğun vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacağıq.