Bel və oynaq ağrılarını unudun

Bel və oynaq ağrıları üzrə “Symmetria” müalicə mərkəzi pasiyentləri biomexanoterapiyanın köməyi ilə müalicə edir. Biz əzələ və oynaqlarda ağrı probleminə kompleks yanaşma tətbiq edirik. Mərkəzdə tətbiq edilən modifikasiya edilmiş metodika simptomların deyil, əzələ və oynaqların işində məhz ağrılara səbəb olan disbalansın inkişafı səbəbləri və mexanizmlərini nəzərdə tutur. Bu zaman biz dərmansız və əməliyyatsız ekoloji müalicədən istifadə edirik.

HƏRƏKƏTLƏ MÜALİCƏ EDİRİK – ƏZƏLƏLƏRİN İLKİN POTENSİALINDAN İSTİFADƏ EDƏRƏK ONLARA DÜZGÜN VƏ HARMONİK HƏRƏKƏT ETMƏYİ ÖYRƏDİRİK. MƏRKƏZDƏ MƏŞĞƏLƏLƏRDƏN SONRA ƏZƏLƏLƏRİN FUNKSİONALLIĞI BƏRPA OLUNUR, PATOLOJİ PROSES ARADAN QALXIR, QAN DÖVRANI VƏ İNNERVASİYA NORMAYA QAYIDIR, AĞRI ARADAN QALXIR VƏ BƏDƏNİN İDEAL SİMMETRİYASI QAYIDIR.

Bel və oynaqlarda olan ağrıların müalicəsi üzrə, Mərkəzin iş metodikası üç əsas prinsip əsasında qurulub:

Diaqnostika – Müalicəvi hərəkət – Nəzarət

Diaqnostika həkim konsultasiyası ilə başlanır.  İlkin qəbul zamanı həkim pasiyentin şikayətlərini müəyyən edir, ağrının yerini, gücünü, baş vermə intervallarını öyrənir, ağrının xarakterini, ağrının güclənməsinə-azalmasına səbəb olan amilləri dəqiqləşdirir, pasiyentin özü ilə gətirdiyi əlavə tədqiqat metodlarının nəticələrini  (rentgenoloji və MRT, USM nəticələri, analizlər) öyrənir.

Sorğu-sualdan sonra həkim müayinə və palpasiya keçirir (toxumaların əl ilə yoxlanılması), ödəmin, spazmın, düyünlərin və digər dəyişikliklərin mövcudluğunu, eləcə də oynaqların və onurğanın şöbələrinin hərəkətliliyini müəyyən edir.

Diaqnostikanın növbəti mərhələsi – hərəkətliliyin məhdudluq dərəcəsini, zəifliyi və əzələlərin yanlış şini qiymətləndirməyə kömək edən funksional testlərin keçirilməsi.

 

Müalicə planını tərtib etmədən əvvəl daha bir mərhələ – funksional əzələ sınağı tələb olunur. Bu sınaq reabilitoloq tərəfindən gücün, əzələlərin dartınmasının, hərəkətlərin koordinasiyası üçün keçirilir.  Yuxarıda sadalanmış mərhələlər pasiyentin ilk gəlişi zamanı keçirilir və bu mərhələnin nəticələrinə görə pasiyent fərdi müalicə planı alır.

Məşğələ proqramı sadədən mürəkkəbə doğru dəyişir.  Siz idman mərkəzlərində məşğələlərə başladıqdan sonra  hiss etdiyiniz yüklənməni hiss etməyəcəksiniz, çünki biz sizin əzələlərinizə qayğı ilə yanaşırıq.  Amma tezliklə yüngülləşmə hiss edəcəyiniz dəqiqdir:

  • ağrının azalması
  • hərəkətlərin bərpası
  • enerjinin artması

Hər üçün məşğələdən sonra yaxşılaşmalara nəzarət üçün DIER-diaqnostikası keçirilir, həkim məşğələlərə, ağırlıqlara dəyişikliklər edir, pasiyentə müsbət dinamikanı göstərir.

Metodikanın inkişaf tarixi

История развития методики

Bel və oynaq ağrılarının müalicəsi  “Symmetria” mərkəzinin həkimləri tərəfindən istifadə olunan mexanoterapiya metodikası gənc İsveçli həkim Qustav Sander tərəfindən unikal trenajorların yaradıldığı 1857-ci ildən başlayır.  Mexaniki trenajorların köməyi ilə Sander disbalansın müşahidə edildiyi əzələləri oyadırdı.

Əsas yenilik ondan ibarət idi ki, trenajorlar əzələ və oynaqlara olan yükü dozalamaq və adaptasiyadan sonra isə onu tədricən artırmağa imkan verirdi.  Cihazlarda ardıcıl düzgün məşğələlərin nəticəsində  Sander insanın sümük-əzələ sisteminin normal funksiyasının bərpasına nail olurdu.  Sanderin metodikası tibbi icma tərəfindən yaxşı qarşılanmışdır və tezliklə Avropa və Amerikada mexanoterapiya mərkəzləri açılmışdır.  Onlar Birinci dünya müharibəsinədək aktiv işləyirdi, lakin təsisçi dünyasını dəyişdikdən sonra bağlandı. İkinci dünya müharibəsindən sonra isə mexanoterapiya ənənəsi yenidən bərpa olunmağa başladı.

Xüsusi “Symmetria” trenajoru

Многофункциональный тренажёр

Yüksək ixtisaslı mütəxəssislərimiz pasiyentlərlə xüsusi trenajorda işləyir. Bu trenajor Sander aparatlarının modifikasiyasıdır. Anatomiyaya, fiziologiya proseslərinə, eləcə də müasir tibbdə istifadə olunan qabaqcıl texnologiyalara əsaslanaraq effektiv və təhlükəsiz trenajor yaratmışıq.

Trenajorda yerinə yetirilən məşğələlər zamanı yalnız müəyyən əzələlər işləyir, oynaqlar artıq yükə məruz qalmır.  Bu, cihazın təhlükəsiz müalicə üçün əsas üstünlüklərindən biridir.

Mərkəzin üstünlükləri

Metodikamız sayəsində pasiyentlər artıq üçüncü məşğələdə əhəmiyyətli yaxşılaşma hiss edir. Mərkəzin vəzifələri xoşagəlməz hisslərin səbəblərinin aradan qaldırılması, əzələ potensialından istifadənin öyrənilməsi, oynaqların hərəkət funksiyalarının bərpasıdır. Keçirilən kursun bir bonusu da inanılmaz güc və enerji axınını və bədəni tam hiss etmə bacarığıdır.

Terapiya komfort şəraitlərdə keçirilir, məşğələ qrafiki pasiyentin istəklərindən irəli gələrək seçilir. Biz hər gün saat 8.00-dan 21.00-dək işləyirik.

Konsultasiyaya onlayn yazılın və biz Sizə uyğun olan vaxtı müzakirə etmək üçün sizə zəng edəcəyik.

Rahat şərtlər

“Symmetria” MM-nə müalicəyə gəldikdən sonra yalnız müsbət nəticədən deyil, həmçinin terapiya prosesinin tam rahatlığından da əmin ola bilərsiniz.  Məşğələlər sizin üçün rahat vaxtda keçiriləcək.  Məsləhətçilərimiz sizə məşğələ qrafikini həyat ritminizi və işinizi nəzərə alaraq qurmağa kömək edəcəklər.  Xüsusilə pasiyentlərimizin rahatlığı üçün mərkəz hər gün səhər saat 8-dən axşam saat 21.00-dək işləyir.  Məşğələlərin müddəti fərdi olaraq seçilir və orta hesabla 45-100 dəqiqə təşkil edir.  Siz hər zaman məşğələləri işdən əvvəlki və ya sonrakı qrafikinizə və ya hətta nahar fasiləsi vaxtına da daxil edə bilərsiniz.  Məşğələlər idman mərkəzindəki kimi keçmir. Yəni bir məşqdən sonra məşqçinin digər müştəridən, iş yoldaşları ilə və ya telefonla danışıqdan ayrılmasını gözləməli olmursunuz.  Məşğələ zamanı pasiyent reabilitoloqla fərdi olaraq ayrıca ayrılmış trenajorda işləyir. Bu o deməkdir ki, siz nə məşğələdən əvvəl, nə məşğələ zamanı, nə də məşğələdən sonra növbədə durmayacaqsınız. Həkim və reabilitoloq prosesdə tam iştirak edəcək, məşğələlərin yerinə yetirilməsinə nəzarət edəcək və müsbət nəticəyə maraq göstəriləcək.

Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizə uyğun vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacayıq.

Kurslarımız

Symmetria kursu

10 fərdi məşq
4 həkim müayinəsi
Massaj daxil deyil

Symmetria kursu +

10 fərdi məşq
4 həkim müayinəsi
+ Massaj

Baş həkimin qəbulu

Həkim müayinəsi
Test məşğələ
Müalicə proqramı

Konsultasiyaya onlayn qeydiyyat


Siz konsultasiya üçün onlayn qeydiyyatdan keçə bilərsiniz. Sizə uyğun vaxtı seçmək üçün özümüz sizinlə əlaqə saxlayacayıq.